Qlobal güc balansının dəyişməsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan strateji xətti

Qlobal güc balansının dəyişməsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan strateji xəttiPrezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində "Euronews" televiziya kanalına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərin dərin təhlili, eyni zamanda Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə formalaşdırdığı strateji xəttin mahiyyətinin izahı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, dünya artıq əvvəlki beynəlxalq hüquq mərkəzli idarəetmə modelindən uzaqlaşaraq, daha çox güc amilinə əsaslanan yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquq normaları bu gün dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq və dəyişməz qayda kimi qəbul edilmir. Müxtəlif regionlarda baş verən münaqişələr, selektiv yanaşmalar və ikili standartlar bu reallığı açıq şəkildə təsdiqləyir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini müəyyən edərkən milli maraqları əsas götürmüş, lakin eyni zamanda beynəlxalq hüququn tələblərinə tam riayət etməyi prinsipial xətt kimi qorumuşdur.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımlar beynəlxalq hüquq çərçivəsində reallaşdırılıb. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesi, regional təşəbbüslər və xarici siyasət kursu məhz bu hüquqi baza üzərində qurulub. Bu yanaşma Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə artırıb.
Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri beynəlxalq münasibətlərin yeni eraya daxil olması barədə fikirlərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada münasibətləri artıq "qanunun aliliyi" deyil, "güc qaydası" formalaşdırır. Bu isə hər bir dövlətdən daha çevik, praqmatik və realist siyasət yürütməyi tələb edir. Azərbaycanın bu reallığı vaxtında düzgün dəyərləndirməsi və öz potensialına uyğun siyasət formalaşdırması ölkəmizin mühüm strateji üstünlüklərindən biridir.

Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə mümkün qədər çox tərəfdaşla, ilk növbədə öz regionunda, daha sonra isə qlobal miqyasda etibarlı münasibətlər qurmalıdır. Azərbaycan məhz bu prinsiplərə əsaslanaraq balanslaşdırılmış və çoxvektorlu xarici siyasət modeli formalaşdırıb. Bu model regional sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və ölkənin beynəlxalq proseslərdə aktiv iştirakına şərait yaradıb.
Nəticə etibarilə, Davosda verilən bu müsahibə Azərbaycanın yeni dünya nizamında öz yerini düzgün müəyyən etdiyini, milli maraqlarını qətiyyətlə müdafiə etdiyini və qlobal çağırışlara adekvat cavab vermək iqtidarında olduğunu bir daha sübut etdi.

Şahin Seyidzadə
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 587   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr