Oyuncaq dükanına dadanan oğrular bu dəfə tutuldu!
İstanbulun Kadıköy rayonunun Caferağa məhəlləsində ötən həftə bir oyuncaq mağazasından oğurluq edən 3 nəfər şübhəli eyni dükana yenidən gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu dəfə mağaza sahibi tərəfindən fərq edilən şübhəlilər qısa müddətli əlbəyaxa qarşıdurmadan sonra hadisə yerindən qaçmağa müvəffəq olublar.
Məlumata görə, ötən həftə Muvakkıthane küçəsində yerləşən oyuncaq mağazasına gələn şübhəlilər alış-veriş edirmiş kimi davranaraq mağaza sahibinin diqqətsizliyindən istifadə edib, oyuncaqların pulunu ödəmədən qaçıblar. Hadisəni sonradan anlayan mağaza sahibi dərhal müdaxilə edə bilməyib.
Eyni şəxslər bir həftə sonra yenidən mağazaya gəlib və oxşar üsula əl atıblar. Lakin bu dəfə mağaza sahibi şübhələnərək onların yanına yaxınlaşıb, təhlükəsizlik kamerasının görüntülərini göstərib. Şübhəlilərdən birini saxlamağa çalışan sahib ilə oğrular arasında qısa gərginlik yaşanıb. Buna baxmayaraq, şübhəlilər hadisə yerindən qaçıblar.
Baş verən hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 762 Tarix: 22 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdaşda yaşayış evi kül oldu
Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
12 sentyabr 202120 yaşlı oğlan itkin düşüb
Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl
13 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO
Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd
17 sentyabr 2021Rektorun anası koronavirusdan vəfat etdi
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!
13 sentyabr 2021Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda
11 sentyabr 2021Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR
Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind
13 sentyabr 2021Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində
17 sentyabr 2021Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021