Avtomobilin sonradan dəyişdirildiyi ekspertizada üzə çıxdı, sahibi xəstəxanalıq oldu - VIDEO
Türkiyədə ikinci əl avtomobil alqı-satqısı zamanı aparılan ekspertiza yoxlaması zamanı avtomobilin tavanının dəyişdirildiyi və sonradan "sunroof" (açılan tavan) əlavə edildiyi məlum olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 10-da Ankaranın Cebeci məhəlləsində yerləşən oto-ekspertiza mərkəzində baş verib. Məlumata görə, adının açıqlanmasını istəməyən avtomobil sahibi nəqliyyat vasitəsini satmaq üçün alıcı ilə razılığa gəlib və avtomobil ekspertizaya aparılıb. Yoxlama zamanı fabrik çıxışında sunroofsuz olan modelin tavanının dəyişdirildiyi və sonradan sunroof quraşdırıldığı müəyyən edilib. Bu səbəbdən alıcı alqı-satqıdan imtina edib.
Baş verənlərdən sonra avtomobil sahibi ekspertiza mərkəzində özünü pis hiss edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.
Ekspertiza aparan Enes Morkoç bildirib ki, avtomobilin mikron göstəriciləri normaya uyğun olduğundan tavanın dəyişdirildiyini yalnız detallı yoxlama və servis qeydləri əsasında müəyyən etmək mümkün olub. Onun sözlərinə görə, nə alıcının, nə də satıcının bu dəyişiklikdən əvvəlcədən xəbəri olmayıb. Morkoç ikinci əl avtomobil alarkən mütləq etibarlı və korporativ ekspertiza şirkətlərinə müraciət edilməsinin vacibliyini vurğulayıb.
Hadisə ikinci əl avtomobil bazarında ekspertiza yoxlamalarının əhəmiyyətini bir daha gündəmə gətirib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2910 Tarix: 23 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO
Niderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisəni
28 avqustZəhərli otlar mal-qaranı tələf etdi: "Əli bıçaq tutan hər kəs bura gəlsin"
Türkiyənin Çorum vilayətində heyvanlarını otlaq sahəsində otaran vətəndaş dəhşətli hadisə ilə üzləşib. Zəhərli otları yeyən mal-qara qısa müddət ərzində bir-birinin ardınca yerə yıxılmağa başlayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən heyvandar böyük panikaya düşüb. Sürünün təxminə
25 avqustİcra hakimiyyəti binasında silahlı insident - VİDEO
Antalyanın Kepez rayonunda İcra hakimiyyəti binasında iki tapança ilə atəş açaraq qorxu yaradan İlçe Milli Təhsil İdarəsinin əməkdaşı M.Y. barəsində aparılan inzibati araşdırma başa çatıb. Məmura maaşdan tutulma və vəzifə pilləsində irəliləyişin dayandırılması cəzası verilib. O, Tuncelinin Ovacık rayonun
19 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqustBraziliyalı sosial media fenomeni köpəkbalığı hücumuna məruz qaldı - VİDEO
Braziliyalı sosial media fenomeni və vəkil Tayane Dalazen iştirak etdiyi dalış turu zamanı 2 metrdən uzun köpəkbalığının hücumuna məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə turistlər üçün təşkil olunan köpəkbalığı dalışı zamanı baş verib. 37 yaşlı Dalazen su altında olduğu anlarda ba
18 avqustToyda öldürülən İlkinin qatilinə bu cəza verildi
Ağdaşda keçirilən toy mərasimi zamanı 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. -ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1970-ci il təvəllüdlü Qadir Məmmədo
16 avqust