Daxili İşlər Nazirliyi 472 yeni şəxsiyyət vəsiqəsi verdi
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa rayonlarının şəxsiyyət vəsiqələrinin etibarlıq müddəti bitmiş sakinlərinə və orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdlərinə bu sənədlərin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı adıçəkilmiş rayonların ümumilikdə 364 sakininin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 336 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim edilib.
Eyni zamanda, sözügedən Baş İdarə və Pirallahı RPŞ-nin və Qaradağ RPİ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən 35 kilometr aralıda yerləşən Çilov adasında və Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində də səyyar xidmət keçirilib.
Burada keçirilmiş anoloji xidmətlər zamanı ümumən 136 nəfər yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Orta məktəblərin 38 buraxılış sinif şagirdinin müvafiq sənədləri qəbul olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir./trend/
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 804 Tarix: 20 mart 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Magistral yollarda görmə məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, dekabrın 21-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsini
20 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabrQoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest
20 dekabrRəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb
20 dekabr