Son 50 ilin ƏN GÜCLÜ QARI - Rusiyadan sonra növbə Azərbaycana çatır?
Son günlər dünyada Kamçatkadan paylaşılan görüntülər ətrafında geniş müzakirələr gedir. Belə ki, kadrlarda qarın binaların yeddi-səkkizinci mərtəbəsinə qədər qalxdığı aydın görünür. Lakin həmin görüntülərin Süni İntellekt (Aİ) vasitəsilə hazırlandığı, yoxsa gerçək olduğu müəmma olaraq qalıb. Digər tərəfdən, Rusiya media orqanlarında yayılan məlumata görə, hazırda Kamçatkada vəziyyət kritikdir və xilasaetmə işləri gedir.
Qeyd edək ki, yanvarın 16-dan yağan qarın nəticələri ilə əlaqədar Petropavlovsk-Kamçatskidə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yanvarın 19-da şəhərdə yenidən ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Məktəblilər iki gün ərzində distant təhsilə keçirilib. Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, şəhərdə qarın qalınlığı 170 sm, bəzi ərazilərdə isə 2,5 metrdən çox olub. Kamçatka Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin rəhbəri Vera Polyakova deyib ki, hazırda Kamçatkada hava şəraiti ekstremal kimi təsnif edilir və olduqca nadirdir. Bölgəyə sonuncu dəfə 1970-ci illərin əvvəllərində eyni miqdarda qar yağıb.
Kamçatkada baş verən təbii fəlakət anomaliya sayıla bilərmi? Azərbaycanı, ümumilikdə regionu bu cür hadisə gözləyirmi?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, bu cür şaxtaların Azərbaycanda müşahidə olunması gözlənilmir:
"Bunun əsas səbəbi Kamçatka ilə Azərbaycanın yerləşdiyi coğrafi en dairələrinin kəskin şəkildə fərqlənməsidir. Hər iki ərazi Şimal yarımkürəsində yerləşsə də, Azərbaycan daha cənubda, tropiklərə yaxın zonada yerləşir və əsasən quru subtropik iqlim qurşağına daxildir. Müəyyən atmosfer prosesləri zamanı bəzi ərazilərimizdə, xüsusən də yüksək dağlıq zonalarda güclü şaxtalar, hətta -40 dərəcəyədək temperaturun enməsi mümkündür. Lakin bu cür hallar qısamüddətli olur və şiddəti Kamçatkada müşahidə edilən proseslərlə müqayisə edilə bilməz. Kamçatkada yayılan görüntülərin Azərbaycanda təkrarlanma ehtimalı, demək olar, yoxdur".
Ekoloq bildirib ki, bu cür ekstremal şaxtaların Azərbaycanda şəhər, kənd təsərrüfatına, əhalinin rifahına və həyat tərzinə ciddi təsir göstərəcəyini düşünmək üçün əsas yoxdur:
"Belə proqnozlar reallıqdan uzaqdır. Qış aylarında, xüsusən yanvar və fevralda Azərbaycanda havanın nisbətən soyuq keçməsi normaldır. Keçmişdə də buna bənzər hallar müşahidə olunub. Məsələn, 2012-ci ildə güclü şaxtalar nəticəsində Xəzər dənizinin sahilboyu əraziləri, o cümlədən Bakı və Sumqayıt sahilləri donmuşdu. Gələcəkdə də temperaturun -10, -12 dərəcəyədək enməsi mümkündür, lakin bu göstəricilər Kamçatkadakı iqlim şəraiti ilə müqayisə oluna bilməz. Orada bu cür sərt hava şəraitinin yaz aylarınadək davam etməsi mümkündür. Azərbaycanda isə belə uzunmüddətli və kəskin şaxtalarla bağlı bədbin proqnozlar mövcud deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ