İnsanlar niyə məşhur pinqvin videosuna özlərini bənzətdi? - AÇIQLAMA

İnsanlar niyə məşhur pinqvin videosuna özlərini bənzətdi? - AÇIQLAMASon günlər sosial mediada yayılan bir pinqvin videosu minlərlə insanın diqqətini çəkdi. Kadrlar intihara bənzər bir davranış kimi şərh olundu və insanlar həmin pinqvinə "çox güclü idi", "o, qəhrəmandır", "özümə oxşatdım" kimi reaksiyalar verdilər.

Əslində isə bu görüntü bir heyvandan çox, insanların öz daxili vəziyyətinə güzgü oldu. Çünki cəmiyyətimizdə "güclü olmaq" çox vaxt hissləri gizlətmək, ağrını udmaq, yorulduğunu deməmək kimi başa düşülür. Və uzun müddət bu maskanı taxan insanlar bir gün səssizcə dağılmağa başlayırlar.

Bəs görəsən insanlar niyə həmin pinqvini qəhrəman adlandırdı?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib :

"Psixologiyada buna emosional tükənmə deyilir. İnsan davamlı şəkildə öz ehtiyaclarını, kədərini, qorxusunu, incikliyini basdırdıqda daxildə yığılan gərginlik artır. Kənardan sakit, dözümlü, hətta "nümunəvi" görünən bu insanlar əslində təkbaşına ağır yük daşıyırlar. Onlar kömək istəməyi zəiflik sayır, ağlamağı ayıb bilir, "keçər" deyə-deyə özlərini görməzdən gəlirlər.

Belə insanlar adətən birdən-birə dağılmır. Dağılma mərhələli olur. Əvvəlcə emosiyalar keyləşir - insan heç nəyə sevinmir, heç nəyə üzülmür. Sonra fiziki siqnallar başlayır: yuxusuzluq, səbəbsiz yorğunluq, baş və bədən ağrıları. Daha sonra isə daxili boşluq hissi yaranır: "nə üçün yaşayıram?", "heç kim məni anlamır", "dayanmağa gücüm qalmayıb" kimi düşüncələr artır. Bu mərhələdə insan hələ də kənara "mən yaxşıyam" mesajı verir, amma daxilində artıq çökmə başlayıb.

Ən təhlükəli məqam isə odur ki, daim güclü görünən insanlar ətrafdakılardan dəstək istəməkdə ən çox çətinlik çəkənlərdir. Çünki hamı onları dayaq kimi görür. Halbuki dayaqların da dayaqa ehtiyacı olur. Onlar adətən ciddi bir hadisədən sonra yox, uzun müddət yığılan səssiz yorğunluğun nəticəsində dağılırlar.

Psixoloji baxımdan insanın davamlı güclü qalması mümkün deyil. Sağlam psixika üçün zəiflik anları da lazımdır - ağlamaq, şikayət etmək, kömək istəmək, "mən bacarmıram" demək lazımdır. Güc, hər şeyi tək daşımaq deyil. Əsl güc, daşıya bilmədiyini etiraf edə bilməkdir.

O pinqvin videosuna insanlar niyə özlərini bənzətdi? Çünki bir çox insan səssiz mübarizə aparır. Gülür, işləyir, qayğı göstərir, amma daxilində yorulub. Bu səbəbdən cəmiyyət olaraq "güclü ol" demək əvəzinə, bir-birimizə daha çox "yorulmusan?" deməyi öyrənməliyik. Çünki insanı dağıdan birdəfəlik fırtına yox, uzun sürən səssiz qasırğadır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1090   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr