Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?

Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?İndi bəhs edəcəyimiz "polkovnik"i ölkədə az qala, hamı tanıyır. Söhbət 2021-ci ildə özünü Fövqəladə Hallar Nazirliyinin komandiri kimi təqdim edərək Türkiyənin Marmaris bələdiyyə sədri Mehmet Oktay və digər rəsmi şəxslərlə görüşlər keçirən Rasim Əhmədlidən gedir. Onun ağlagəlməz fırıldaqları həmin vaxt ciddi rezonans doğurmuşdu.

Bəs "məşhur polkovnik"in sonrakı taleyi necə oldu?

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Türkiyədəki görüşlərindən sonra beynəlxalq axtarışa verilən Rasim Əhmədli bir müddət sonra tutularaq Azərbaycana gətirilib.

Əvvəlcə Xəzər rayonunda aparılan istintaqla ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, 2023-cü ildə isə növbəti cinayət epizodları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?Yekunda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Lakin Rasimlə bağlı yeni cinayət epizodları müəyyən edildiyindən, iş materialları əlavə istintaq üçün prokurorluğa qaytarılıb.

Yeni faktlar üzrə müəyyən edilmiş cinayət əməlləri Nəsimi rayonu ərazisində baş verdiyi üçün istintaq sonradan Nəsimi Rayon Prokurorluğunda davam etdirilib. Bu araşdırma dövründə - 2024-cü ildə "məşhur komandir" həbsdən azad edilib. Maraqlıdır ki, Rasimin dələduzluq cinayəti ilə bağlı hələ də məhkəmə araşdırması gedir. Onun işini Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov araşdırır.

Rasim Hazırda Bakıətrafı qəsəbələrdən birində yaşayır, ölkədən çıxışı qadağandır. Təqsiri sübuta yetirilsə, onu 5 ilə kimi həbs cəzası gözləyir.

Qeyd edək ki, əslən mingəçevirli olan Rasim Əhmədli 2021-ci ilin iyulunda Türkiyədə baş verən meşə yanğınları zamanı özünü FHN əməkdaşı kimi təqdim edərək guya yanğınların söndürülməsində iştirak etdiyinə görə Marmaris bələdiyyə sədri tərəfindən təltif olunmuşdu. Lakin Türkiyə mediasında bu barədə məlumat yayıldıqdan sonra Azərbaycan FHN Rasim Əhmədli adlı əməkdaşlarının olmadığını açıqladı. Daha sonra Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı məlumat yayaraq Rasim Əhmədlinin müxtəlif cinayət əməllərinə görə beynəlxalq axtarışda olduğunu elan etmişdi

Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan "polkovnik"in - Taleyi necə oldu?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 919   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr