Qırmızı kələm turşuları süni rənglənir? - Video
Sosial şəbəkələrdə yayılan görüntülərdə bazarlarda satılan qırmızı kələm turşularına rəng qatmaq üçün süni boyalardan istifadə edildiyi iddia olunub. Belə ki, səsləndirilən iddialarda İrandan gətirilən boyanın təsiri ilə kələm turşusunun cəmi 3 gün ərzində hazır olduğu deyilib.
"Qafqazinfo"nun məlumatına görə, məsələ ilə bağlı ATV-yə danışan satıcılar bildiriblər ki, onlar qırmızı kələm turşusu üçün çuğundurdan istifadə edirlər.
"Turşulara çuğundur əlavə edirik ki, dadlı olsun. Özümün və uşaqlarımın yediyi məhsula boya vuraram? Boyaya ehtiyac yoxdur, çuğundur 50 qəpikdir. 1 dənə çuğundur turşunu qırmızı edir", - satıcılar bildirib.
Mütəxəssislər isə deyir ki, qida məhsullarında süni boyalardan istifadə insan sağlamlığı üçün təhlükəlidir: "Boyaq maddələri tekstil və sənaye üçün nəzərdə tutulan maddələrdir ki, bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən kanserogen mənşəli maddələr qrupuna daxil olunub. Həmçinin bu maddələrin istifadəsi insan sağlamlığında, qaraciyər və böyrəklərdə ciddi fəsadlara gətirib çıxara bilər".
Hazırda məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) də diqqətindədir. Qurumdan bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: "Rəngləyici xammal və məhsuldan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 558 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabr