Hakim Rəna Qafarova rüşvət almaqla ittiham olunur - ŞİKAYƏT

Hakim Rəna Qafarova rüşvət almaqla ittiham olunur - ŞİKAYƏTSatış meneceri vəzifəsində çalışmış Süleymanova Elza Naməddin qızı işlədiyi "Xəmsə Palace-2021" MTK tərəfindən ona əvvəlcədən heç bir məlumat verilmədən və qanunsuz şəkildə işdən çıxarıldığını bildirir. O, pozulmuş əmək hüquqlarının bərpası məqsədilə işə bərpa tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məsələ ilə bağlı Elza Süleymanova özü Sonxeber.az -a məlumat verib.

Belə ki, iş məhkəmədə e-2(009)-1996/2025 nömrəsi ilə icraata götürülüb və hakim Rəna Qafarovanın icraatında olub. Lakin iddiaçı tərəf bildirir ki, məhkəmə prosesi zamanı yol verilən bir sıra prosessual və maddi hüquq pozuntuları nəticəsində onun əmək hüquqlarının müdafiəsi təmin olunmayıb.

Elza Süleymanovanın sözlərinə görə, iddia ərizəsi məhkəməyə 11.08.2025-ci il tarixində daxil olub. Azərbaycan qanunvericiliyinə əsasən, işə bərpa ilə bağlı mübahisələrə ərizə daxil olduğu gündən iki aydan gec olmayaraq baxılmalı və qətnamə qəbul edilməlidir.

Lakin iddiaçı bildirir ki, bu tələbə əməl olunmayıb və məhkəmə yekun qərarı yalnız 06.11.2025-ci il tarixində qəbul edib. Bu isə qanunla müəyyən edilmiş prosessual müddətin açıq şəkildə aşılması kimi qiymətləndirilir.

Şikayətdə diqqət çəkən məqamlardan biri də məhkəmə prosesinin gedişi zamanı hakimin davranışları ilə bağlıdır.

İddiaçı tərəfin bildirdiyinə görə, iş üzrə keçirilən məhkəmə iclaslarının heç birində cavabdeh şirkət nümayəndəsi iştirak etməyib. Halbuki onların iclasların vaxtı və yeri barədə məlumatlandırıldığı qeyd olunur.

Buna baxmayaraq, hakim məhkəmə iclası davam etdiyi halda sistem üzərindən cavabdeh tərəfin əlaqə nömrəsini əldə edərək onlarla əlaqə saxlamağa çalışıb. Şikayətçi hesab edir ki, bu, hakimin prosessual neytrallıq prinsipinə zidd davranışı kimi qiymətləndirilməlidir və məhkəmənin tərəfsizliyinə kölgə salır.

İddiaçı həmçinin sübutların qiymətləndirilməsi zamanı ciddi pozuntulara yol verildiyini bildirir.

Belə ki, cavabdeh tərəf məhkəmə baxışı mərhələsində - yəni sübutların təqdim edilməsi üçün nəzərdə tutulmuş ilkin mərhələ başa çatdıqdan sonra - guya işdən çıxarılma ilə bağlı bildirişin göndərildiyini sübut edən poçt qəbzi təqdim edib. İddiaçı tərəf hesab edir ki, bu sənəd prosessual qaydalara zidd olaraq qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2043   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr