Kafe və restoran sahiblərinin diqqətinə: Səsləndirilən musiqiyə görə ödəniş məcburidirmi? - Vəkildən açıqlama
Son illər restoran, kafe və ictimai iaşə obyektlərində səsləndirilən musiqilərlə bağlı müəllif hüquqları məsələsi gündəmdədir. Bir çox sahibkar ictimai məkanda səsləndirilən musiqiyə görə əlavə ödəniş edib-etməməli olduqları ilə bağlı tərəddüd yaşayır. Bu məsələ həm biznes sahibləri, həm də müəllif hüquqları sahibləri üçün aktual hüquqi mövzudur.
Bəs, restoran və kafelərdə səsləndirilən musiqilərə görə müəssisə sahibləri qanunvericiliyə əsasən müəllif hüququ haqqı ödəməyə borcludurmu?
Mövzu ilə bağlı Sonxeber.az-a vəkil Turan Abdullazadə danışıb.
O, açıqlamasında qeyd edib ki, ümumilikdə restoran, kafe və digər ictimai iaşə obyektlərində səsləndirilən, müəlliflik hüququnun obyekti olan musiqiyə görə müəssisə sahibləri müəllif hüququ haqqı ödəməyə borcludurlar:
"Bu öhdəlik Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunundan irəli gəlir.
Qanunda qeyd olunur ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması və ya hər hansı digər üsullarla rəsmiləşdirilməsi tələb olunmur.
Qanuna əsasən, aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:
a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), habelə onların rəsmi tərcümələri;
b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları);
v) xalq yaradıcılığı (folklor) nümunələri;
q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.
Deməli, digər əsərlər müəlliflik hüququnun obyekti hesab olunur.
Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
Müəllif öz əsərini daha ciddi şəkildə qorumaq istəyirsə, tövsiyə olunur ki, əsərini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirsin.
Belə hallarla qarşılaşan müəllif müəssisə sahibindən bu pozuntunun aradan qaldırılmasını tələb edə, habelə musiqinin səsləndirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə oluna bilər. Razılıq əldə olunmadığı və pozuntular davam etdiyi təqdirdə isə müəllif məhkəməyə müraciət edə bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1380 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr