Azərbaycanda bağçalar məcburi olacaq? - AÇIQLAMA

Azərbaycanda bağçalar məcburi olacaq? - AÇIQLAMAAzərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Komitənin sədri xatırladıb ki, yeni qanun layihəsində uşaq artıq yalnız sosial yardım alan şəxs kimi deyil, sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınıb:

"Yeni qanun layihəsində çətin həyat şəraitində olan uşaqların hüquq və mənafeləri qorunur. Həmçinin yeni sənəddə qeyd edilib ki, valideynlər qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Layihəyə görə, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir".

Bəs görəsən Azərbaycanda bağçalar məcburi ola bilərmi?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

Bu, olduqca müsbət və mütərəqqi bir yanaşmadır ki, uşaq təkcə sosial yardım deyil, eyni zamanda sosial təminat hüququna da malik olur. Bu cür qanunvericilik təşəbbüsü uşaqların sağlamlığının qorunması və keyfiyyətli təhsil alması baxımından təqdirəlayiq addım hesab oluna bilər. Qanunla təsbit olunması o deməkdir ki, sosial dəstəyə ehtiyacı olan uşaqların hüquqlarının reallaşmasına hər hansı maneə yaradılmamalıdır və hər bir uşaq bərabər imkanlara sahib olmalıdır.

Digər tərəfdən, valideynlərin övladlarını öz dini və mənəvi dəyərlərinə uyğun tərbiyə etməsi təbii və cəmiyyət üçün qəbul edilən bir haldır. Hər bir din və inanc sistemi öz daxilində müəyyən mənəvi dəyərlər daşıyır və ailələr adətən bu dəyərləri uşaqlarına ötürürlər. Uşaq hansı mühitdə və hansı inanclara sahib ailədə dünyaya gəlirsə, çox vaxt həmin dünyagörüşü çərçivəsində böyüyür. Bu prosesin uşağın psixoloji sabitliyi və şəxsiyyətinin formalaşması baxımından da əhəmiyyətli rolu var. Ailə ilə dəyərlər arasında kəskin ziddiyyətin olması isə bəzən uşağın daxili dünyasında çaşqınlıq yarada bilər.

Məktəbəqədər təhsilin məcburi olması məsələsinə gəldikdə isə, hazırkı şəraitdə bunun reallaşması çətin görünür. Ölkədə həm dövlət, həm də özəl uşaq bağçaları fəaliyyət göstərsə də, dövlət bağçalarının sayı illər ərzində kifayət qədər artmayıb. Xüsusilə regionlarda və kənd yerlərində bağça çatışmazlığı daha qabarıq hiss olunur. Özəl bağçalar isə ödənişli olduğundan bütün ailələr üçün əlçatan deyil.

Bu səbəbdən, mövcud iqtisadi və infrastruktur imkanlarını nəzərə aldıqda, bütün uşaqlar üçün bağçaya getməyi məcburi etmək real görünmür. Ola bilsin ki, gələcəkdə daha geniş əhatəli sosial və təhsil proqramları hesabına elə bir sistem qurulsun ki, hər bir uşaq məktəbəqədər təhsilə cəlb oluna bilsin. Lakin yaxın perspektiv üçün bu hələlik çətin həyata keçirilə bilən bir hədəf kimi qiymətləndirilə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2720   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr