Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilibYanvarın 28-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Hicran Hüseynova bildirib ki, gündəliyə iki məsələ daxildir.

Əvvəlcə,"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda təqdim olunub. Komitə sədri vurğulayıb ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ölkədə həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Qeyd edilib ki, yeni qanun layihəsinin hazırlanmasında məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Layihəyə əsasən, 11 yeni anlayışın ayrıca maddədə təsbiti nəzərdə tutulub.

İclasda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qanun layihəsi barədə məlumat verərək bildirib ki, sənəd 8 fəsil və 63 maddədən ibarətdir. Layihədə uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit olunur və bu cür halların yolverilməzliyi açıq şəkildə vurğulanır. Eyni zamanda, uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən qanun layihəsinin 61-ci maddəsində əksini tapmış 8 tələb əsas götürüləcək və bununla da müvafiq çərçivə konkret müəyyənləşdiriləcək. Qeyd olunub ki, yeni qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin gücləndirilməsinə xidmət edəcək.

Sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib ki, qanun layihəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları özündə ehtiva edir. Qeyd olunub ki, Ombudsman tərəfindən qanun layihəsi ətraflı təhlil edilib və erkən evliliklərin qarşısının alınması, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququnun, şərəf və ləyaqətinin, fərdiliyinin və sosial müdafiəsinin təmin edilməsi, eləcə də uşaq alveri və istismarının qadağan olunması və digər məsələlər ilə bağlı irəli sürülən təkliflər sənəddə öz əksini tapıb.

İclasda çıxış edən Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınıb. Bildirilib ki, qanun layihəsində uşaqlara qarşı zorakılıqla bağlı, müasir texnologiyalarla bağlı maddələr öz əksini tapıb.

Qanun layihəsinin müzakirəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri İlham Məmmədov, Mehriban Vəliyeva, Tamam Cəfərova, Könül Nurullayeva, Günay Ağamalı, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov, "Ümidli Gələcək" İctimai Birliyinin sədri Kəmalə Aşumova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək məsələ ilə bağlı qeyd və təkliflərini bildiriblər.

Daha sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsini - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "Gənclər siyasəti haqqında", "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Sosial xidmət haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

O, bildirib ki, qanun layihəsinin əsas məqsədi uşaq hüquqlarının təminatı sahəsində mövcud qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, uşaqların fikrinin nəzərə alınmasını,fərdi məlumatlarının qorunmasını və zorakılıqdan müdafiəsini gücləndirən yeni hüquqi mexanizmlər yaratmaqdır. Layihə həmçinin, çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanmasını, onların maraqlarının səmərəli müdafiəsini və bu sahədə dövlət nəzarətinin genişləndirilməsini təmin etməyə yönəlib.

Qanun layihəsinin müzakirəsində komitənin üzvləri Sevinc Hüseynova və Müşfiq Məmmədli iştirak edərək fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Sonda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 471   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr