"Müasir valideynlik institutu artıq "ata işə gedir, ana uşağa baxır" formatından çoxdan çıxıb" - Sosioloq
Müasir cəmiyyətdə ailə modeli və valideynlik anlayışı dəyişdikcə övladın tərbiyəsində ana və atanın rolu ilə bağlı yanaşmalar da yenilənir. Ənənəvi olaraq müəyyən vəzifələrin ana və ya ataya aid edilməsi geniş yayılmış olsa da, mütəxəssislər bu bölgünün uşağın psixoloji inkişafına, sosial bacarıqlarına və ailədaxili münasibətlərə birbaşa təsir göstərdiyini vurğulayırlar. Bu baxımdan valideynlər arasında məsuliyyət bölgüsünün necə qurulmalı olduğu aktual müzakirə mövzusuna çevrilib.
Bəs, müasir ailə modelində övladın yetişdirilməsində ana və atanın rol bölgüsü necə balanslaşdırılmalıdır və bu balansın pozulması uşağın sosiallaşmasına hansı mənfi təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, müasir ailə modeli ənənəvi yanaşmalardan daha çox, elmi əsaslı bilgilərlə idarə olunmağa başlayır:
" Müasir bilgilər bizə göstərir ki, uşağın emosional təhlükəsizliyi və sosial bacarıqları həm ana, həm də atanın aktiv iştirakına bağlıdır. Yəni valideynlər arasında yükün qeyri-bərabər paylaşılması uşağın güvən hissini zədələyə, gələcək münasibətlərində narahatlıq və özünəinam problemləri yarada bilər.
Yəni evdəki balans sadəcə iş bölgüsü üçün yox, uşağın evdən kənardakı gündəlik həyatında qarşılaşdığı problemlər qarşısında qərarvermə bacarığı, sosial bacarıqlar və məsuliyyət hissinin inkişaf üçün də mütləqdir.
Bütün bunlar valideynlərin hər ikisinin iştirakı ilə formalaşır. Ata və ananın fərqli bacarıqları və bilikləri uşağın dünyagörüşünü zənginləşdirir. Əgər bütün məsuliyyət ananın üzərinə düşürsə, bu, uşaqda cinsiyyət rollarına dair də dar və stereotipik təsəvvürlər yarada bilər. Həmçinin, atanın passivliyi uşaqda sosial bacarıqların inkişafını da ləngidən amillərdəndir.
Bütün bunlara görə, artıq əminliklə deyə bilirik ki, müasir valideynlik institutu artıq "ata işə gedir, ana uşağa baxır" formatından çoxdan çıxıb. Artıq yaxşı bilirik ki, valideynlik öhdəlikləri baxımından balanslı rol bölgüsü uşağa yalnız fiziki qayğı vermir, həm də gələcəkdə cəmiyyətdə özünü ifadə etmə bacarığı və emosional dayanıqlılıq qazandırır.
Əks halda, ailə daxilindəki qayğı boşluğu özünü uşağın gələcək sosial həyatında mütləq ki, destruktiv formalarda göstərəcəkdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1026 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrVətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
1 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr