Küçədə çəkilən görüntülərin sosial şəbəkədə paylaşılması şəxsi həyatın toxunulmazlığını pozurmu? - AÇIQLAMA

Küçədə çəkilən görüntülərin sosial şəbəkədə paylaşılması şəxsi həyatın toxunulmazlığını pozurmu? - AÇIQLAMASon illər sosial şəbəkələrdə küçədə çəkilən video və fotoların sürətlə yayılması şəxsi həyatın toxunulmazlığı ilə bağlı müzakirələri artırıb. Xüsusilə insanların xəbəri olmadan görüntülərinin paylaşılması cəmiyyət arasında narahatlıq doğurur. Bəs bu cür paylaşımlar Azərbaycan qanunvericiliyinə görə hüquq pozuntusu sayılırmı?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Məsələ hər görüntünün harada, hansı məqsədlə və hansı formada paylaşılmasından asılıdır. Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin şəxsi və ailə həyatının sirrinin qorunması hüququ təsbit olunub. Bu hüquq şəxsin razılığı olmadan onun şəxsi məlumatlarının, o cümlədən görüntüsünün yayılmamasını da əhatə edir.

Küçə ictimai məkan sayılsa da, bu, orada olan şəxslərin görüntüsünün istənilən formada çəkilib yayılmasına avtomatik icazə vermir. Əgər çəkilən görüntüdə konkret bir şəxs hədəf göstərilir, onun şərəf və ləyaqətinə xələl gətirən, lağ obyektinə çevirən və ya şəxsi həyatına dair məlumat yayan məzmun varsa, bu artıq hüquqi məsuliyyət yarada bilər. Belə hallarda şəxs mülki qaydada məhkəməyə müraciət edərək görüntünün silinməsini, təkzib verilməsini və mənəvi zərərin ödənilməsini tələb edə bilər.

Bundan əlavə, "Fərdi məlumatlar haqqında" qanun da şəxsin identifikasiyasına imkan verən məlumatların, o cümlədən foto və video görüntülərin onun razılığı olmadan yayılmasını məhdudlaşdırır. Əgər paylaşım açıq şəkildə şəxsi alçaldır, böhtan və ya təhqir xarakteri daşıyırsa, bu zaman inzibati və hətta cinayət məsuliyyəti də yarana bilər.

Lakin ümumi mənzərəni, izdihamı və ya ictimai tədbiri əks etdirən kadrlarda ayrı-ayrı şəxslər xüsusi vurğulanmırsa və onların hüquqlarına zərər dəymirsə, bu cür paylaşımlar adətən hüquq pozuntusu hesab edilmir. Media orqanları üçün isə əlavə olaraq "Media haqqında" qanunun tələbləri qüvvədədir və şəxsin razılığı olmadan onun şəxsi həyatına aid məlumatların yayılması yolverilməz sayılır.

Mən tövsiyyə edirəm ki, sosial şəbəkədə paylaşım edərkən "ictimai məkandır" düşüncəsi ilə hərəkət etməsinlər. Əsas meyar qarşı tərəfin ləyaqətinə, şəxsi həyatına və təhlükəsizliyinə zərər vurub-vurmamadır. Əks halda, adi bir paylaşım məhkəmə çəkişməsinə və hüquqi məsuliyyətə səbəb ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 756   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr