Pensiya və əməkhaqqı ilə bağlı vacib AÇIQLAMA
Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib. Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu barədə müxtəlif yanaşmalar irəli sürülür.
Pensiyaların hansı meyarlara əsasən hesablanmalı olduğu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud indeksləşmə mexanizmlərindən və gözlənilən dəyişikliklərdən danışıb.
"İqtisadi güc və inkişaf səviyyəsi birbaşa olaraq maaşların və pensiyaların artımına təsir göstərir. Hazırda Azərbaycanda hər il əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının məbləği nəzərə alınır və artım faizi indeksləşdirilir. Məhz bu indeks əsasında həm əməkhaqları, həm pensiyalar, həm də digər sosial müavinətlər artırılır".
Vüqar Oruc qeyd edib ki, ötən il bu indeksləşmə 9,2 faiz təşkil edib və cari il ərzində də maaşların, pensiyaların və müavinətlərin bu istiqamətdə artırılması gözlənilir.
"Əsas qaydalara görə minimum əməkhaqqı orta əməkhaqqının yarısından aşağı olmamalıdır. Hazırda bu göstərici təxminən 500-550 manat civarındadır. Pensiyalar isə adətən minimum istehlak büdcəsinə uyğun şəkildə hesablanır.
2026-cı il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur".
Vüqar Oruc vurğulayıb ki, gözlənilən əsas məqam pensiyaların minimum həddinin minimum istehlak büdcəsinə uyğunlaşdırılmasıdır. Bununla belə, ölkədəki qiymət artımı fonunda istər pensiyaların orta həddi, istərsə də minimum əməkhaqqı məbləğlərinin mövcud qiymətlərlə müqayisədə kifayət qədər aşağı olduğu da diqqət çəkir. /"Yeni Sabah"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6929 Tarix: 31 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabr