Bu məbləğdə pensiya alanlara artımla bağlı ŞAD XƏBƏR
Bu gün oxucu müraciəti gəlib. Oxucu müraciətində bildirir ki, pensiyam 434 manatdır. Mənim pensiyam yanvar ayından nə qədər olacaq?
Oxu24.com-un sualını Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirli cavablandırıb.
İqtisadçı bildiib ki, əgər həmin şəxsin aldığı pensiya əmək pensiyasıdırsa, qanunvericiliyə əsasən hər il yanvar ayından etibarən indeksləşdirilir: " Bu indeksləşmə əvvəlki il üzrə ölkədə orta aylıq əmək haqqının artım faizi əsasında aparılır. Bildirdiyiniz kimi, artım faizi 9,2% müəyyən edilibsə, bu faiz mövcud pensiya məbləğinizə tətbiq olunur. Hazırda pensiyanız 434 manatdır. 9,2% artım bu məbləğin üzərinə əlavə olunur. Yəni, 434 manatın 9,2 faizi hesablanır və alınan məbləğ pensiyaya əlavə edilir. Nəticədə pensiya təxminən 39-40 manat artır. Bu artımdan sonra yanvar ayından etibarən pensiyanız təxminən 474 manat təşkil edəcək.
Dəqiq məbləğ yuvarlaqlaşdırma və rəsmi hesablamalara görə bir qədər fərqlənə bilər, lakin ümumi məntiq və qayda bu şəkildədir. Amma bu pensiyaların artımı sayılmır. Bu əmək pensiyasının il ərzində itrilmiş real dəyərinin nominal qaydada kompensasiya edilməsidir. Bu indeksasiya yalnız əmək pensiyalarına aiddir. Bununla yanaşı vətəndaşların əmək haqqından DSMF-yə ödədiklərı sığorta kapitalı da indeksasiya edilir. Amma sığorta kapitalı illik inflyasiya faizinə uyğun indeksasiya ediləcək. Hələ Statistika Komitəsinin konkret açıqlaması olmasa da, 2025-ci ildə ölkədə qiymətlərin illik artım tempi təxminən 5-6% olub. Yəni sığorta kapitalının 5-6% artacağı gözlənilir"- deyə iqtisadçı Akif Nəsirli vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2236 Tarix: 01 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabr