Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalırSon illərdə Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə ciddi narahatlıq doğurur. Statistik göstəricilərə görə, müstəqillik əldə edildikdən sonra ölkədə ən aşağı doğum göstəricisi ötən il qeydə alınıb. İlkin məlumatlara görə, ölkədə ilk 10 ayda 80 802 uşaq dünyaya gəlib, ilin sonunda bu rəqəmin təxminən 95 000-ə çatacağı proqnozlaşdırılır. Maraqlıdır ki, 2024-cü ildə ölkədə 102 310, 2023-cü ildə 112 620, 2022-ci ildə isə 122 846 uşaq anadan olub. Hətta COVID-19 pandemiyası səbəbindən toy mərasimlərinə müəyyən məhdudiyyətlərin tətbiq edildiyi 2020-ci ildə 126 571, 2021-ci ildə isə 112 284 doğum qeydə alınıb.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Təhsil, karyera, sosiallaşma...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, müasir dövrdə gənclər öz qarşısına yeni prioritetlər, məqsədlər qoyurlar. Əgər əvvəllər gənclər təhsil alaraq nikaha daxil olurdularsa, bu gün daha çox müstəqil həyat tərzinə üstünlük verirlər. Onlar qarşılarına qoyduqları məqsədlərə nail olduqdan sonra nikah barədə düşünməyə başlayırlar: "Təhsil, karyera, sosiallaşma, özünü inkişaf etdirmək və maddi stabillik gənclərin əsas məqsədləridir. Bu isə nikahların sayının azalmasına, nikah yaşının artmasına və nəticə etibarilə ailələrdə uşaqların sayının azalmasına gətirib çıxarır. Ailələrdə daha çox 1-3 uşağa üstünlük verilir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə də müşahidə olunur və təbii prosesdir".

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Selektiv abortların təbii artıma təsiri

R.Mahmudov bildirir ki, son 10 il ərzində abortların artması faktoru da narahatedicidir: "Abortların yaş kateqoriyası üzrə bölgüsünə diqqət yetirsək? görərik ki, 25-34 yaş arasında olan gənclər tərəfindən arzu olunmayan hamiləliyin qarşısının alınması preventiv vasitə kimi tətbiq olunur. Təəssüf ki, abortların bir hissəsi selektivdir. Bu gün Azərbaycanda hər 100 qız uşağına qarşı 112-114 oğlan uşağı dünyaya gəlir, bu da beynəlxalq normalara görə çoxdur. Demoqrafiyanın inkişafı üçün hər 100 qız uşağına 102-104 oğlan uşağı dünyaya gəlməlidir. USM-nin əsas istifadə istiqamətləri ananın və dölün sağlamlığının yoxlanılması və izlənilməsidir. Lakin təəssüf ki, valideyn olmağa hazırlaşan şəxslər USM aparan həkimə dölün cinsiyyətini müəyyən olunması üçün müraciət edirlər".

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Qurum rəsmisi vurğulayır ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda maarifləndirmə tədbirləri təşkil olunur.

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

"Azalma tendensiyası 5-6 il davam edəcək"

Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov deyir ki, Azərbaycanda 1995-2004-cü illər arasında doğum səviyyəsi iki dəfədən çox azalmışdı. Hazırda həmin dövrdə doğulan nəsil ailə qurmaq yaşına çatıb: "Bu isə o deməkdir ki, indi ailə quracaq gənclərin sayı əvvəlki illərlə müqayisədə xeyli azdır. Nəticə etibarilə bu amil ailə quruculuğunu zəiflədir, nikahların sayının azalmasına səbəb olur və bu azalma birbaşa doğum göstəricilərinə də təsir edir. Bu demoqrafik azalma tendensiyası təxminən 5-6 il davam edəcək, daha sonra isə müəyyən artım müşahidə oluna bilər. Lakin bu artım əvvəlki dövrlərdəki səviyyəyə çatmayacaq. Əgər göstəriciləri faizlə ifadə etsək, 10 il əvvəl əhalinin artım tempi 1.1-1.2 faiz təşkil edirdisə, hazırda bu rəqəm 0.35-0.4 faiz səviyyəsinə düşüb. Yəni artım tempi təxminən üç dəfə azalıb. Azalma əsasən şəhər əhalisi üzrə özünü göstərir. Belə ki, şəhərlərdə təbii artım səviyyəsi 0.15 faizə qədər enib, doğum göstəriciləri də əhəmiyyətli dərəcədə aşağı düşüb. Əgər əvvəllər hər min nəfərə düşən doğum sayı 10-11 nəfər idisə, son 4-5 ildə bu göstərici azalaraq, bu il təxminən 9 nəfər səviyyəsinə düşüb. Bu isə artıq ciddi demoqrafik problem kimi qiymətləndirilir".

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

Maddi və sosial yardım, icra mexanizmi...

Mütəxəssisin sözlərinə görə, bu tendensiyanın qarşısının alınması üçün ardıcıl və məqsədyönlü demoqrafik siyasət yürüdülməlidir: "Bu demək olar ki, bütün dövlətlərdə tətbiq olunur. Əsas hədəf gənclər üçün əlverişli şəraitin yaradılması, ailə quruculuğunun təşviqi və dövlətin bu prosesdə fəal iştirak etməsidir. Ailə qurmaq istəyən gənclərə dövlət dəstəyi göstərilməli, uşaqlar dünyaya gəldikdən sonra ailələrə maddi və sosial yardım mexanizmləri işlək olmalıdır. Bunlar dövlət təcrübəsində geniş yayılmış və effektiv nəticə verən alətlərdir".

"O dövrdə Azərbaycan dünyanı təəccübləndirirdi"

Coğrafiya üzrə fəlsəfə doktoru Saleh Nağıyev deyir ki, 1960-cı illərdə Azərbaycan təbii artım göstəricisinə görə dünyada birinci yer tuturdu. Həmin dövrdə hər min nəfərə 44 uşaq doğulurdu, bu isə bütün dünyanı təəccübləndirirdi: "İndiki vəziyyət tam fərqlidir. Hazırda ölkədə hər min nəfərə düşən doğum sayı təxminən 6-7 nəfər səviyyəsinə enib. Bu, ciddi demoqrafik tendensiyadır. Amma bu problem yalnız Azərbaycana xas deyil. Bütün dünyada oxşar demoqrafik azalma müşahidə olunur".

Azərbaycanda narahatlıq doğuran tendensiya: Əhalinin artım tempi azalır

"Böhran tam dəhşətli səviyyədə deyil"

Mütəxəssis bildirir ki, sosial-iqtisadi durum demoqrafik proseslərə ciddi təsir göstərir: "1990-cı illərdə 8-9 uşaqlı ailəni saxlamaq mümkün idisə, bu gün bu, demək olar ki, real deyil. Çoxuşaqlılıqdan azuşaqlılığa keçid, boşanmaların artması və nikahların azalması demoqrafik disbalansın əsas səbəblərindəndir. Hazırda təhlükə mənbələrindən biri boşanmaların artmasıdır, digəri isə gənclərin ailə qurmağa marağının azalmasıdır. Bu iki amil doğum göstəricilərinə və ailə modelinə təsir edir. Amma çıxış yolları var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr