"Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsli formalaşdırmaqdır" - DEPUTAT
"Azərbaycanın bugünkü gəncləri özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər".
Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir:
"Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir.
Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlar üçün yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edir.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsli formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəetmə sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir çox sərəncam və fərmanlar qəbul edib. Həmin sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səsləyir. Yəni hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim təşəbbüskarlıq göstərməlidir.
Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə