Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"
"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir".
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
"Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır.
Bu baxımdan, 2026-cı ildə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsi ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda mövqeyinin möhkəmlənməsinə xidmət edib.
"Xəzər İnşaat Həftəsi" çərçivəsində keçirilən "Rebuild Garabagh" və "BakuBuild" sərgiləri həmin təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır. Əminəm ki, bu tərəfdaşlıqlar konkret layihələrdə də öz əksini tapacaq, Böyük Qayıdışa və regionun uzunmüddətli inkişafına mühüm töhfə verəcək", - deyə müraciətdə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 164 Tarix: 14 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
14 oktyabrHakan Fidan Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək
14 oktyabrAzərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr
Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü
13 oktyabrAzərbaycan Prezidenti: "Laos bizim üçün dost ölkədir"
"Laos bizim üçün dost ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir
13 oktyabrAzərbayca və Kamboca əlaqələrini genişləndirən səfər
Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər
13 oktyabr