"Ökədəki bir çox kafe və restoranlarda ali təhsilli gənclərimiz çalışır" - AÇIQLAMA
2 fevral Azərbaycanda Gənclər Günüdür - ölkənin gələcəyini formalaşdıran gənclərə həsr olunmuş xüsusi bir gündür. Bu tarix gənclərin cəmiyyətdəki rolunu, onların potensialını, ideyalarını və inkişafını ön plana çıxarır.
Gənclər yalnız sabahın deyil, bu günün də aparıcı qüvvəsidir; onların təhsili, fəallığı və təşəbbüskarlığı cəmiyyətin ümumi inkişafına birbaşa təsir göstərir. Bu gün həm gənclərin nailiyyətlərini qeyd etmək, həm də onların qarşılaşdıqları çətinliklərə diqqət yönəltmək üçün bir fürsətdir.
Bəs görəsən gənclər bu gün daha azad böyüyür, yoxsa daha çox təzyiq altındadır? Bu ziddiyyət nədən qaynaqlanır?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edirəm. Biz müstəqil bir dövlətdə yaşayırıq və gənclərimiz də müstəqil şəkildə böyüyür, inkişaf edirlər. Onların hər hansı açıq təzyiq altında qaldıqlarını düşünmürəm. Lakin bəzən gənclərimiz öz hüquqlarını müdafiə etməkdə, sözlərini deməkdə çətinlik çəkirlər.
Bu gün Azərbaycanda çox istedadlı, savadlı gənclər var. Onların hər biri universitet tələbəsi olmaq istəyir və əksər hallarda da bu istəklərinə nail olurlar. Bəs görəsən, onların hər biri özünə uyğun iş tapa bilirmi? Əsas məsələ məhz burada başlayır.
Bir gənc heç bir təzyiq olmadan, valideynləri tərəfindən sərbəst şəkildə istiqamətləndirilir, hazırlıqlara gedir və universitetə qəbul olunur. Bəs sonra nə baş verir? Gənc özünə iş tapa bilmir. Çünki gənclərimizin qarşısında çoxsaylı bürokratik əngəllər mövcuddur. Demək olar ki, ölkədəki bir çox kafe və restoranlarda ali təhsilli gənclərimiz çalışır. Buna səbəb nədir? Səbəb odur ki, gənclər özlərinə layiq iş yerləri tapa bilmirlər. Qarşılarında saysız-hesabsız maneələr var.
Gənclərimiz dövlət qulluğu və digər sahələr üzrə imtahanlar verirlər və bu imtahanlardan uğurla keçirlər. Çox təəssüf ki, imtahanların ikinci mərhələsində - yəni müsahibə prosesində - insan amili rol oynadığı üçün gənclərimiz arzuladıqları nəticəni əldə edə bilmirlər. Kiminsə tapşırığı ilə imtahandan keçənlər olur, amma savadlı gənclərimiz həmin mərhələdə kəsilir.
İş tapa bilməmək problemi getdikcə daha da dərinləşir. İşi olmayan gənc ailə qurmaq barədə düşünə bilmir, çünki ev ala bilmir. Özünü dolandıra bilməyən bir insan necə ailə dolandıra bilər? Bütün bu problemlərin kökü işsizlikdən başlayır. Buna təzyiq deməsək belə, ən azı ciddi əngəl adlandıra bilərik.
Bu mexanizm dəyişdirilməlidir. Dövlət bu sahəyə daha çox diqqət ayırmalıdır. Bu gün biz davamlı olaraq yazırıq ki, gənclər üçün müxtəlif əngəllər yaradılır. Halbuki fürsət verilsə, işə qəbul olunan savadlı gənclər özlərini doğrultmağı çox yaxşı bacararlar. Lakin ilk işə qəbul zamanı onlardan tələb olunan 3 il staj şərti əksər hallarda mümkün olmur. Baxın, absurd olan məhz budur.
Bu, qətiyyən bağışlanılası hal deyil. Məsələyə ciddi yanaşılmalı və gənclər diqqət mərkəzində saxlanılmalıdır. Bu gün ölkəmizdə gənclərlə bağlı ən böyük problem onların işlə təmin olunmamasıdır. Çünki iş varsa, o gəncin həyatı daha rahat və sabit davam edəcək.
Bütün bu problemlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Təkcə bir işin olmaması nə qədər çətinliklər yaradır. İşsizlik aradan qaldırılsa, gənclərin bir çox problemi də öz həllini tapar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR