Generallar indi "polkovnik" rütbəsində işləyəcəklər
Baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şəfahət İmranov və Fuad Məmmədova mülki prokurorluq orqanlarında xidmətə keçmələri səbəbindən yenidən "general" rütbəsi verilməyib.
Onlar hazırkı vəzifələrində baş ədliyyə müşaviri - polkovnik kimi fəaliyyət göstərəcəklər.
Məlumat üçün deyək ki, qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçu mülki prokurorluq orqanlarında, o cümlədən rayon prokuroru vəzifəsində xidmət edə bilməz. Bu səbəbdən hərbi prokurorluq sistemində çalışan şəxslər mülki prokurorluq orqanlarına təyin olunarkən həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
Eyni zamanda rütbələrin eyniləşdirilməsi ilə bağlı qüvvədə olan qanuna əsasən, hərbi xidmətdə "general" rütbəsi daşıyan şəxsin mülki prokurorluq sistemində avtomatik olaraq həmin rütbəni saxlaması mümkün deyil. Mülki prokurorluq orqanlarında "general" rütbəsinin verilməsi yalnız ayrıca sərəncam əsasında həyata keçirilir.
Hazırda ölkədə təkcə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Sabunçu rayon prokuroru Murad Dadaşov "III dərəcəli dövlət ədliyyə müşaviri - general" rütbəsi daşıyırlar.
Qeyd edək ki, Ş.İmranov və F.Məmmədov son olaraq respublika hərbi prokurorunun müavini vəzifəsində xidmət ediblər.
Fotoda: Murad Dadaşov və Sənan Paşayev

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1493 Tarix: 02 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrMedia və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
1 noyabr