"Baku Medical Plaza"da əməliyyat səhv icra olunub - Tanınmış cərrah təzminat ödəyəcək
"İnternational Medical Centre-Bakı" və tanınmış cərrah Mübariz Məmmədliyə qarşı sağlamlığa vurulmuş ziyana görə təzminat tələbi ilə məhkəmə iddiası qaldırılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, zərərçəkmiş şəxs qismində Zöhrə Məmmədova tanınıb.
O, iddiasına sağlamlığına vurulmuş zərərə görə, qarşı tərəfdən 24700 manat təzminat tələb edib.
İddia tələbi onunla əsaslandırılıb ki, Zöhrə Məmmədova 2024-cü ildə "İnternational Medical Centre-Bakı"ya məxsus "Baku Medical Plaza"da üz gərmə və hər iki süd vəzisinin kiçildilməsi əməliyyatı keçirib. Əməliyyat plastik, estetik və rekonstruktiv cərrah Mübariz Məmmədli tərəfindən icra olunub. Əməliyyatdan bir neçə gün əvvəl həkim qüsurların tam aradan qaldırılacağına təminat verib və əməliyyat xərci kimi 13000 manat pul nağd olaraq ona ödənilib.
Bu məbləğə görə iddiaçıya kassa sənədi verilməyib. Z.Məmmədovanın iddiasına görə, ona sadəcə, ilkin müayinə xərcinə görə 200 manatın mədaxil qəbzi təqdim olunub.
İddaçı əməliyyatdan sonra sarğıları açılan zaman üz-göz və sinə nahiyəsində aşkar qüsurların olduğunu görüb. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı təyin olunmuş ekspertiza rəyində göstərilir ki, cərrahiyə əməliyyatı taktiki cəhətdən düzgün aparılmayıb. Belə ki, nevropatoloqun müayinəsi zamanı aparılmış EMG müayinəsinə əsasən sağ üz sinirinin parsiyal, aksonal zədələnməsinin olduğu, həmçinin mütəxəssis, plastik-rekonstruktiv cərrahın müayinəsi zamanı süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriyanın olduğu müəyyən edilib.
Cərrahiyə əməliyyatının taktiki cəhətdən düzgün icra olunmaması ilə əlaqədar əsasən sağ üz siniri parsiyal, aksonal zədələnib və süd vəzinin gilələrinin dairəvi ölçülərində assimetriya yaranıb. Bununla da səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş "Tibb müəssisələrində çalışan tibb, əcaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvə vəzifə təlimatları"nın 24.1 bəndinin tələbləri pozulub. Buna məsul şəxs əməliyyatı icra edən həkimdir.
Məhkəmə Z.Məmmədovanın iddiasını qismən təmin edib. Qəbul edilən qətnaməyə əsasən, Mübariz Məmmədlidən tibbi xidmətlərə görə ödənilmiş 13000 manat, mənəvi ziyana görə isə 2000 manat alınaraq zərərçəkmişə ödəniləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2036 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021