"Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi və dialoq mühitində müsbət inkişaf dinamikası ilə diqqət çəkib" - DEPUTAT

"Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi və dialoq mühitində müsbət inkişaf dinamikası ilə diqqət çəkib" - DEPUTAT"Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni inkişaf səviyyəsinə yüksəlib".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi və dialoq mühitində müsbət inkişaf dinamikası ilə diqqət çəkib:

"Ölkələrimiz arasında əlaqələr ikitərəfli platformada, eləcə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfəri çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Azərbaycan Prezidentinin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı ikitərəfli siyasi dialoqun daha da möhkəmlənməsinə mühüm töhfə verib.

Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin əyani göstəricisi idi. Görüşdə toxunulan məsələlər iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən və qarşılıqlı əməkdaşlığa artan maraqdan xəbər verirdi. Bu görüş həm də münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdi.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlərin xalqlarımızın qarşılıqlı hörmətə əsaslanan dərin və davamlı tərəfdaşlığa söykənir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini dərinləşdirməyə maraqlıdır".

Deputat vurğulayıb ki, xüsusilə də son 5 ildə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər yeni mərhələyə qədəm qoyaraq strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlib:

"İki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri, eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir.

Azərbaycan-BƏƏ münasibətlərində parlament diplomatiyası da xüsusi rol oynayır. Milli Məclisdə və BƏƏ Federal Milli Şurasında fəaliyyət göstərən dostluq qrupları, spikerlərin qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında birgə iştirak siyasi dialoqu tamamlayan mühüm komponentdir. Xüsusilə, 26-27 yanvar tarixlərində Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın BƏƏ-yə səfəri, onun qadın parlamentarilərin 2-ci forumunda iştirakı parlamentlərarası əməkdaşlıqda humanitar və sosial gündəliyin güclənməsinə xidmət edir.

Bu gün Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq strateji, çoxşaxəli və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilmişdir. Cənab prezident İlham Əliyevin rəsmi səfəri, keçirdiyi görüşlər.və imzalanan sənədlər siyasi etimad, güclü müqavilə-hüquqi baza, iri investisiya layihələri və ortaq qlobal gündəlik bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 632   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021