Polis məmuru həyat yoldaşını öldürdü, uşaqların məhkəmədə danışdıqları şok etdi - VİDEO
Aydın vilayətinin Nazilli rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşını tapança ilə qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşının ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə mühakimə olunduğu iş üzrə məhkəmə prosesi davam edir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ailənin kiçik oğlu məhkəmədə bildirib ki, atası daha əvvəl iki dəfə anasına silah tuşlayıb. Böyük qardaş isə atasının anasına fiziki zorakılıq göstərdiyini deyərək, onun "Boşansan səni öldürərəm" sözləri ilə təhdid etdiyini xatırladığını söyləyib.
Hadisə ötən il avqustun 18-də Nazillidə baş verib. İttihama görə, polis əməkdaşı Hüseyn Dərin boşanma ərəfəsində olduğu həyat yoldaşı Burcu Dərinin işlədiyi börek dükanına gəlib. Keçmiş həyat yoldaşını görən iki uşaq anası Burcu Dərin təşvişə düşərək yan tərəfdə yerləşən xırdavat mağazasına qaçıb və kömək istəyib.
Onun ardınca gedən Hüseyn Dərin üzərindəki tapança ilə ard-arda 5 dəfə atəş açıb. Güllələrin dəydiyi Burcu Dərin ağır yaralanıb. Hadisə yerinə çağırılan polis və təcili tibbi yardım briqadaları zərərçəkəni Nazilli Dövlət Xəstəxanasına çatdırsa da, 52 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə günü mağazada müştəri olan F.E. də məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, Hüseyn Dərin Burcu Dərini boğazından tutaraq silahı ürəyinə dirəyib və onu zorla mağazanın içinə salıb. Şahidin sözlərinə görə, qadın yalvarsa da, Hüseyn Dərin onun ürək nahiyəsinə iki dəfə atəş açıb, daha sonra darağı masanın üzərinə qoyaraq kresloya oturub.
Təqsirləndirilən şəxsin vəkili isə hadisənin alkoqol qəbulu və borc təzyiqi fonunda qəfil baş verən partlayış olduğunu iddia edərək, cinayətin planlı şəkildə və xüsusi qəddarlıqla törədilməsi ittihamlarını rədd edib. Zərərçəkənin ailəsinin vəkili isə şahid ifadələrinə əsaslanaraq qətlin əvvəlcədən planlaşdırıldığını və təqsirləndirilən şəxsin cəsarət toplamaq üçün spirtli içki qəbul etdiyini bildirib.
Tərəfləri dinləyən məhkəmə heyəti təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasına, iş materiallarındakı ekspertiza rəylərinin araşdırılmasına qərar verib və növbəti iclası təxirə salıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 936 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrMəktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrBeyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay
9 oktyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr