Gecəyarısı qapı zəngi çaldı, keçmiş polis yoxa çıxdı

Gecəyarısı qapı zəngi çaldı, keçmiş polis yoxa çıxdıBursada gecə yarısı qapı zəngini çalan şəxslə danışmaq üçün aşağı düşən 77 yaşlı təqaüddə olan polis əməkdaşı Əli Fuat Uzunoğlundan bir həftədir xəbər yoxdur. Yaşlı kişinin şübhəli şəkildə itkin düşməsindən sonra polis əməkdaşları genişmiqyaslı araşdırmaya başlayıblar.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursa şəhərinin Osmangazi rayonunun Selamet məhəlləsində baş verib. Üçmərtəbəli binanın üçüncü mərtəbəsində həyat yoldaşı ilə birlikdə yaşayan, 3 uşaq və 5 nəvə sahibi olan 77 yaşlı Əli Fuat Uzunoğlunun yanvarın 29-da gecə saatlarında qapı zəngi çalınıb. Zəngi çalan şəxslə danışmaq üçün aşağı düşən yaşlı kişidən həmin andan sonra bir daha xəbər alınmayıb.

Əli Fuat Uzunoğlunun həyat yoldaşı övladlarına zəng edərək vəziyyət barədə məlumat verdikdən sonra hadisə polisə bildirilib. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanları əməkdaşları yaşlı kişinin izinə düşmək üçün istintaqa başlayıblar. Bildirilir ki, təqaüddə olan polis əməkdaşının tapılması məqsədilə üç ayrı şöbədən xüsusi qruplar araşdırmalara cəlb olunub.

İtkin düşən şəxsin oğlu Murat Uzunoğlu bildirib ki, valideynləri binanın ən üst mərtəbəsində yaşayır, orta mərtəbə boşdur, birinci mərtəbə isə mağaza kimi fəaliyyət göstərir və binada onlardan başqa heç kim yaşamır.

"Zəng çalınanda atam pəncərədən baxıb, amma heç kimi görməyib. Anama ‘kimdir baxıb gəlirəm’ deyərək aşağı düşüb. Biz yalnız onun aşağı endiyini bilirik. Ondan sonra bir daha atamı görmədik. Zəngi kim və ya kimlər çalıb, qapının önündə kim olub, hər hansı avtomobil olub-olmayıb - heç nə məlum deyil. Heç kim heç nə görməyib. Telefonunu da evdə qoyub. Polis evdə axtarılmalı olan hər yeri, aşağıdakı boş mənzili və mağazanı da yoxlayıb, amma atamın izinə hələ də rast gəlinməyib", - deyə o bildirib.

Murat Uzunoğlu vətəndaşlara da müraciət edərək atasını görən və ya onun harada olması barədə məlumatı olan şəxslərdən 112 Təcili Çağrı Mərkəzinə məlumat vermələrini xahiş edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 966   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev

14 oktyabr
.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən

3 oktyabr
.

Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər - Foto

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb". Bu barədə -ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. İlkin araşdırmay

9 oktyabr
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

3 oktyabr
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

5 oktyabr