"Sosial şəbəkələrdə influenserlər tərəfindən təqdim olunan dəbdəbəli həyat gənclərin ailəyə baxışını dəyişdirir" - AÇIQLAMA
Son illərdə şəhərlərdə ailə qurma və boşanma tendensiyaları əhəmiyyətli dəyişikliklər göstərir. Statistik göstəricilər nikahların azalmasını, boşanmaların isə artmasını ortaya qoyur.
Bəs görəsən bu dəyişikliklərin sosial səbəbləri nələrdir?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bu gün ölkədə nikaha daxil olanların sayı sürətlə azalır. Ekspertlər bunun başlıca səbəblərindən birinin insanların son 10 ildə real həyatdan uzaqlaşıb, virtual aləmə daha çox bağlanması olduğunu bildirir. Sosial şəbəkələrdə bloggerlər və influenserlər tərəfindən təqdim olunan dəbdəbəli həyat görüntüləri gənclərin ailəyə baxışını dəyişdirir. İnsanlar artıq valideynlərindən və ətrafdakı nümunələrdən yox, virtual dünyada gördüklərindən təsirlənir.
Məsələn, sosial şəbəkələrdə tez-tez rast gəlinən "Əvvəl karyera qurun, sonra evlənin" və "Dünyanı gəzin, sonra ailə qurun" tipli mesajlar gəncləri evlilikdən uzaqlaşdırır. Nəticədə, 35 yaşına çatmış hələ də subay olan insanlar az deyil. Bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur.
Sosioloqlar vurğulayır ki, virtual dünyada təqdim edilən zəngin və parlaq həyat nümunələri gənclərin ailə içində səbrini və dayanıqlığını zəiflədir. Hər gün restoranlarda yemək, səyahət və çoxsaylı avtomobillər görmək, bir çox gəncin öz həyatından məmnun olmamasına və ailə qurmaqdan çəkinməsinə səbəb olur.
Ekspertlərin fikrincə, dövlət qurumları bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməli, gənclərə real həyatın dəyərlərini anlatmalıdır. Problem yalnız gəncləri əhatə etmir; boşanmalar bütün yaş qruplarında artmaqda davam edir. İnsanların bir-birinə dözə bilməməsi, ailə münasibətlərinin zəifləməsi ölkədə demoqrafik vəziyyətə də mənfi təsir göstərir.
Qısa desək, sosial şəbəkələrdə təqdim olunan illüziya dolu həyat gənclərin real dünyaya adaptasiyasını çətinləşdirir və ailə dəyərlərinə təsirsiz ötüşmür. Bu isə həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi problemlərə yol açır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1150 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb
9 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrBakıda yağış, bölgələrdə leysan yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl
9 sentyabr"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır
"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd
9 sentyabr"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama
"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı
9 sentyabrHəmin "zipline"da avqustda da ciddi problem olubmuş - Video
Şəkinin Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nın kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub. "Qafqazinfo" Ölkə.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri avqustun 19-da baş verib. Bel
10 sentyabrToydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
9 sentyabrLənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi
10 sentyabr