"Obyekt sahibi mənim salonuma əlavə xətt qoşub, 3 min ziyana düşmüşəm" - Foto

"Obyekt sahibi mənim salonuma əlavə xətt qoşub, 3 min ziyana düşmüşəm" - FotoXətai rayonu, General Əliağa Şıxlınski küçəsi 49 ünvanında yerləşən "Sevinc" gözəllik salonunun sahibi Sevinc Məmmədova obyektin elektrik sayğacına onun razılığı olmadan əlavə xətt qoşulduğunu iddia edir.

"Qafqazinfo"ya müraciət edən vətəndaş bildirir ki, xətti qoşan icarəyə götürdüyü obyektin sahibi Natik Məmmədovdur.

Şikayətçinin sözlərinə görə, salonun işığı söndürülmüş vəziyyətdə olsa belə, sayğacda 10 amper güc qeydə alınır və nəticədə faktiki istifadə etmədiyi elektrik enerjisinə görə 3 il ərzində ödəniş edib. Onun hesablamalarına əsasən, dəyən maddi zərərin məbləği 2500-3000 manat civarındadır.

Salonu gün ərzində cəmi 2-4 saat işlətdiyini deyən Sevinc xanım bildirir ki, əvvəllər aylıq elektrik xərci cəmi 60-100 manat olub: "2022-ci ilin yayında obyektə daxil oldum. Məkanı icarəyə götürdükdən sonra təmir edib içərini avadanlıqlarla təmin etdim. Obyektin sahibi öncədən mənə bildirmişdi ki, sayğac tək mənə məxsusdur. Qəbzdə yazılan məbləğləri sahibkarın istəyi ilə onun kartına atırdım. İlk aylar məbləğin normal olmasına baxmayaraq, növbəti aylarda artmağa başladı. Belə ki, öncə səkkiz, on, on iki manat, daha sonra isə bu məbləğlərdən on, iyirmi AZN daha çox oldu. Obyektin sahibi Natik Məmmədov maşınını keçən yay aldığı halda mənə 2 ay öncə dedi ki, avtomobilini həmin sayğacdan şarj edir, öhdəliyinə düşən məbləği ödəyəcək. Bu şəkildə davam etməsini istəmədiyimi, sayğacları ayırmasını tələb etdim. O isə razılaşmadı və çıxmağımı söylədi. Halbuki müqaviləmin vaxtı apreldə bitir".

İttihamlarla əlaqədar obyektin sahibi Natik Məmmədovla əlaqə saxladıq. O, iddialara cavab olaraq bildirdi ki, S.Məmmədova obyektdən istifadə etdiyi dövr ərzində cəmi yuvarlaq olaraq 1600 AZN işıq pulu ödəyib: "Bunun üçün lazım olan hər bir qəbz və "Azərişığ"ın verdiyi akt əlimizdədir. Sevinc xanımın etdiyi bu iddiaları açığı heç kim başa düşmür, ya Sevinc xanım özü heç nəyi anlamır, ya da qəsdlə bu iddiaları qaldırıb. Ümumi olaraq obyekt 3 ayrı-ayrı obyekt kimi fəaliyyət göstərir və hər birində kontrol sayğaclar quraşdırılıb. Təbii ki, hər birinin öz göstəricisi var. Dəfələrlə "Azərişıq" əməkdaşları da yoxlamaya gəlib və Sevinc xanım heç kimin fikrinə və araşdırmasına məhəl qoymur. Bizi polisə də verib və iş artıq məhkəməyə gedib. Əminəm ki, məhkəmə də haqqı bizim tərəfdə görəcək. Xanım özünü pis vəziyyətə qoymaqdan başqa təəssüf ki, heç bir nailiyyət əldə edə bilməyəcək".

"Obyekt sahibi mənim salonuma əlavə xətt qoşub, 3 min ziyana düşmüşəm" - Foto"Obyekt sahibi mənim salonuma əlavə xətt qoşub, 3 min ziyana düşmüşəm" - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1915   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021