"Bu cür hadisələr təsadüfi deyil" - Psixoloqdan ailə və məktəblərə ÇAĞIRIŞ

"Bu cür hadisələr təsadüfi deyil" - Psixoloqdan ailə və məktəblərə ÇAĞIRIŞXəbər verdiyimiz kimi, bu gün "İdrak" liseyində 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimə atəş açıb. İnsidenti törədən Ə.Ş. polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu hadisədən sonra belə sual yaranır ki, məktəb mühitində şagird tərəfindən bu cür ağır zorakılıq hadisəsinin baş verməsi hansı psixoloji risk amilləri ilə bağlı ola bilər? Eyni zamanda yeniyetmələrin psixoloji vəziyyətinin vaxtında qiymətləndirilməsi və belə halların qarşısının alınması üçün ailə, məktəb və müvafiq qurumlar hansı mexanizmləri gücləndirməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

"Bu cür hadisələr təsadüfi deyil" - Psixoloqdan ailə və məktəblərə ÇAĞIRIŞO, açıqlamasında qeyd edib ki, bu cür ağır davranışlar adətən tək bir səbəbdən qaynaqlanmır:

"Belə hallar bir neçə risk faktorunun üst-üstə düşməsi nəticəsində baş verir. Səbəblərdən biri yeniyetmənin uzunmüddətli emosional gərginlik keçirməsidir. Güclü qəzəb, dərin inciklik, haqsızlığa uğrama hissi, emosiyaları ifadə edə bilməmək kimi duyğuların yığılması buna səbəb ola bilər.

İkinci əsas səbəb yeniyetmələrdə sosial təcrid və kənarlaşmadır. Yəni lağ edilmə, təhqir və ya zorakılığa məruz qalma (bullying), tənhalıq hissi. Təbii ki, ailə mühiti faktorlarının da böyük rolu vardır. Əgər valideyn sərt və ya laqeyddirsə, evdə davamlı konfliktlər mövcuddursa, nəzarətsizlik və ya həddindən artıq təzyiqli tərbiyə modeli ilə uşaq böyüyürsə, emosional tükənmə və partlama riski qaçılmaz olur.

Ehtimal edilə bilər ki, yeniyetmədə davranış pozuntuları, impulsivlik, aqressiyanı idarə edə bilməmək, dərin depressiya və sair psixoloji problemlər vaxtında aşkarlanmayıb.

Ümumiyyətlə, valideynlər öz davranışlarında aşağıdakılara diqqət etməlidirlər:

1. Uşağın emosional vəziyyəti ilə maraqlanmaq

2. Mühakimə etmədən dinləmək, empatiya yaratmaq

3. Təhlükəli hesab olunan silahları əlçatmaz yerlərdə saxlamaq

4. Uşağın davranışlarında qəfil dəyişikliklər - aqressiya, özünə qapanma, ümidsizlik kimi hallar müşahidə edilərsə, buna diqqət yetirmək və dəstək göstərmək

Məktəblərdə isə psixoloqların aktiv fəaliyyəti təmin edilməli, məktəb-psixoloq-ailə arasında üçtərəfli əməkdaşlıq modeli qurulmalıdır. Məktəb psixoloqları ay ərzində ən azı bir neçə dəfə psixoloji maarifləndirmə seminarları təşkil etməlidirlər. Həm valideynlər, həm müəllimlər, həm də çətin tərbiyə olunan uşaqlarla birgə proqramların həyata keçirilməsi vacibdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1540   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr