"Lombard Türkanə" ləqəbli qadına hökm oxundu
Sabunçu rayonu ərazisində lombard işlədən qadın barəsində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az-ın "Qafqazinfo"ya istinadla verdiyi məlumata görə, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda vəsaiti mənimsəmə və dələduzluq əməllərinə görə təqsirli sayılıb.
İttihama əsasən, Türkanə Ağayeva Bakıxanov qəsəbəsində fəaliyyət göstərdiyi dövrdə 17 vətəndaşın etibarından sui-istifadə edib.
Cinayət işinin materiallarına görə, T.Ağayeva lombard krediti qarşılığında girov götürdüyü qızıl məmulatlarını borc tam ödənildikdən sonra sahiblərinə qaytarmaqdan boyun qaçırıb. Həmçinin o, bank və lombard hərraclarından ucuz qızıl alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəyi barədə yalan vədlər verərək, ayrı-ayrı şəxslərin pul vəsaitlərini və qızıllarını nağd, eləcə də bank kartları vasitəsilə ələ keçirib.
"Lombard Türkanə" ləqəbi ilə tanınan qadının zərərçəkmiş şəxslərə vurduğu ümumi maddi ziyanın təxminən 400 min manat olduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə azadlıqda olan təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, toplanmış dəlillər onun günahını sübuta yetirib. Məhkəmənin hökmü ilə Türkanə Ağayeva 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub və o, elə məhkəmə zalındaca həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 617 Tarix: 07 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərişıq"ın anbarında yanğın - VİDEO
Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"
15 sentyabr 2021Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO
Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı
17 sentyabr 2021Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı
14 sentyabr 2021Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO
Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə
17 sentyabr 2021Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil
11 sentyabr 2021Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO
"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind
11 sentyabr 2021Mingəçevirdə minik avtomobili kül oldu
Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
11 sentyabr 2021Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə
14 sentyabr 202119 yaşlı ana doğuş zamanı öldü
Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır
13 sentyabr 2021