"‘Bolt’ sürücüləri qiyməti bəyənmədikdə niyə sifarişləri ləğv edir? - ARAŞDIRMA

"‘Bolt’ sürücüləri qiyməti bəyənmədikdə niyə sifarişləri ləğv edir? - ARAŞDIRMASon dövrlər taksi xidmətləri ilə bağlı vətəndaş narazılıqları artmaqdadır. Problemin əsas məqamlarından biri isə bəzi "Bolt" sürücülərinin sifarişi qəbul etdikdən sonra müştəriyə zəng edərək gediş haqqını soruşması və qiymət onları qane etmədikdə sifarişi ləğv etməsidir.

Bu cür davranış həm xidmət qaydalarına ziddir, həm də sərnişinlərin vaxt itkisinə, əsəbi vəziyyətə düşməsinə və ümumilikdə sistemə olan etimadın azalmasına səbəb olur.

Bəs görəsən kimi halların qarşısının alınması üçün hansı mexanizmlər tətbiq edilir?

Məsələ ilə bağlı AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi fəaliyyətinə nəzarət elektron sistemlər vasitəsilə həyata keçirilir, sərnişin müraciətləri əsasında pozuntular araşdırılır və neqativ halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür:

"Sərnişinlər tərəfindən daxil olan müraciətlər araşdırılaraq, müvafiq tədbirlər görülür. Taksi sifarişi operatorları ilə birgə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün preventiv işlər aparılır.

AYNA informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Qeyd olunan alt sistemi vasitəsilə taksi fəaliyyətinə nəzarəti həyata keçirmək mümkündür. Belə ki, "E-taksi" alt sisteminə taksi sifarişi operatorlarları adsızlaşdırılmış məlumatları göndərilillər. Həmin məlumatlar əsasında ümumi təhlillər aparılır və inzibati tənbeh tədbirləri görülür. Bu səbəbdən bütün sərnişinlərdən xahiş odur ki, yalnız icazəsi olan taksilərdən istifadə etsinlər. Belə olduğu təqdirdə şikayətləri daha rahat şəkildə araşdırmaq mümkündür. Eyni zamanda, Taksi xidməti üzrə Rəqəmsal Əkiz də real vaxt rejimində şəhərdə taksilərin fəaliyyətinə nəzarət etmək imkanı yaradır. Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür"

"Əgər təklif olunan qiymət sürücüləri qane etmirsə, bu sahədə işləməmək də bir seçimdir", - bunu Sonxeber.az -a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib:

"Məsələ ilə bağlı həm "Bolt" şirkəti, həm də Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara dəfələrlə müraciət edib ki, bu cür hallarla qarşılaşdıqda həm taksi operatoruna, həm də AYNA-ya məlumat versinlər. "141" qaynar xətti bu müraciətləri qeydə alır və qayda pozuntusuna yol verən sürücülərin profilləri cəza tədbiri olaraq 3-5 ay müddətinə bloklanır. Şirkət sürücüləri intizama dəvət etmək üçün bu üsullardan istifadə edir. Qaydalar davamlı şəkildə pozulduqda isə sürücünün profili tamamilə ləğv olunur, sertifikatı etibarsız sayılır.

Təəssüf ki, bir çox vətəndaş şikayət etmək istəmir. Səbəb kimi isə "heç kəsin çörəyinə bais olmaq istəməmək" göstərilir. Amma unutmayaq ki, bu gün sən mübarizə aparmasan, mən aparmasam, sabah bu problemi kim həll edəcək? Nə dövlətin, nə də şirkətlərin hər bir sürücünü fasiləsiz izləmək imkanı var. Belə bir mexanizm mövcud deyil. Bu səbəbdən vətəndaşların aktiv mövqeyi burada həlledici rol oynayır.

Hazırda ən çox rast gəlinən problemlərdən biri sürücülərin qiymətlə razılaşmayıb sifarişi ləğv etməsidir. Eyni hal ödəniş kartla olduqda da yaşanır - bəzi sürücülər gedişdən imtina edirlər. Kobud davranış, etik normalara əməl etməmək halları isə getdikcə artır. Lakin heç kim düşünməməlidir ki, bu vəziyyət belə davam edəcək.

Bu gün AYNA qayda pozuntularını aşkarlamaq üçün ciddi nəzarət aparır və zərurət yarandıqda sürücülərin sertifikatlarını ləğv edir. Çünki Bakı şəhərində taksilərin sayı artıq 40 mini keçib, halbuki müəyyən edilmiş limit 25 mindir. Bu isə o deməkdir ki, bazarda qalmaq üçün sürücülər daha məsuliyyətli və qaydalara uyğun fəaliyyət göstərməlidirlər.

Sürücülərə açıq mesaj budur: arxayınlaşmaq üçün əsas yoxdur. Bir gün gözləmədiyiniz anda profilinizin ləğv edildiyini görə bilərsiniz. Davamlı şəkildə qayda pozanlar anlamalıdır ki, bu yolun sonu yaxşı deyil. Öz davranışlarını düzəltməli, taksi sürücüsünün etik normalarına əməl etməlidirlər. Əgər təklif olunan qiymət sizi qane etmirsə, bu sahədə işləməmək də bir seçimdir. Amma xidmət göstərib insanların əsəbləri ilə oynamaq yolverilməzdir.

Bu sistem dövlət nəzarətindədir və tənzimləyici mexanizmlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Taksi fəaliyyəti göstərən hər kəs bu qaydalara riayət etməlidir. Sistemdən istifadə edib vətəndaşları yarı yolda qoymaq olmaz. Təsəvvür edin, vətəndaş taksi sifariş verir, yarım saat gözləyir və sonda məlum olur ki, məsuliyyətsiz bir sürücü sifarişi ləğv edib. Bu, ciddi məsuliyyətsizlik və vətəndaşa hörmətsizlikdir".

Məsələ ilə bağlı "Bolt" şirkəti sorğumuza cavab olaraq bildirdi ki, bu hallarla qarşılaşan müştərilər şikayətlərini şirkətə bildirməlidirlər:

"Taksi sürücülərinin əsaslı səbəb olmadan sifarişi ləğv etmək hüququ yoxdur. Bu cür hallar xidmət qaydalarının pozulması hesab olunur və sərnişinlərin vaxt itkisinə, həmçinin haqlı narazılığına səbəb olur. Belə vəziyyətlərlə qarşılaşan müştərilərdən xahiş olunur ki, mütləq şəkildə şikayətlərini şirkətə bildirsinlər. Daxil olan müraciətlər araşdırılacaq və qayda pozuntusuna yol verən sürücülər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3330   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr