"Badamdart qəsəbəsində qaz borcu olan sakinlərə görə bütün binanın istiliyi kəsilib" - ŞİKAYƏT
Badamdart qəsəbəsində sakinlər qış mövsümündə istilik probleminə etiraz edirlər.
Sonxeber.az -a müraciət edən Badamdart qəsəbəsi, Sahib İbrahimxəlilov 4 ünvanı, ev 410 sakini Kərimova Xoşqədəm Məhiqızı bildirir ki, həm özünün, həm də qonşularının istiliklə bağlı ciddi problemləri var.
Sakinlərin sözlərinə görə, Səbail qazanxanasına baxan Azər Əsədov il boyu işləməyərək yalnız hava proqnozuna görə hərəkət edir. Qar yağdığı zaman istilik sistemi kəsilir və bildirir ki, binada borclar ödənməyib. Hətta sakinlərə siyahılar göndərilir və deyilir ki, qonşulardan borclar yığılmalıdır, ən azı 50 faiz ödəniş edildikdən sonra istilik veriləcək.
"Köhnə borcların yığılması bizim işimiz deyil, bu, birbaşa qazanxananın işçilərinin vəzifəsidir. Bəzi evlər dəfələrlə satılıb və ya kirayəyə verilib, borc sahiblərini tapmaq mümkün deyil, bəzilərində isə yaşayış yoxdur. Biz bir-bir qonşuların borcunu yığmalı deyilik. Əsas odur ki, mənim və bəzi qonşularımın borcu yoxdur və biz istiliyimizin verilməsini tələb edirik,"- deyə sakin qeyd edib.
O, həmçinin vurğulayıb ki, bir nəfərin qaz borcu olduğu üçün bütün binanın istiliyini kəsmək düzgün deyil: "Bu qarlı havada evdə körpə uşaqlarla istiliksiz qalmışıq. Telefonlara cavab verilmir, işçilər isə yalnız binanın borcunu ödəməyi tələb edirlər. Bizim səlahiyyətimiz deyil ki, qonşuların borcunu yığaq. Gəlsinlər, borcu olanları müəyyən etsinlər, aktlaşdırsınlar və sistemdə binanın borcu kimi göstərməsinlər. Bu problem həll olunmalıdır və bizim istiliyimiz verilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1156 Tarix: 10 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr