Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib (FOTO)
Qaradağ rayonu, Qızıldaş şəhər tipli qəsəbədə yerləşən Qızıldaş Mədəniyyət Mərkəzində uşaq bağçası təşkil olunub.
Yurd.Media-ya baxçanın fəaliyyəti barədə məlumat verən valideynlərdən biri qeyd edir ki, hər uşaq üçün aylıq ödəniş 50 manat təşkil edir. Saat 08:30-dan 13:30-dək fəaliyyət göstərən bağçada hazırda 30-a yaxın uşaq saxlanılır. Uşaqlara yemək evdən hazır qoyulur. Mədəniyyət mərkəzində çarpayılar mövcud olmadığından yatmaq istəyən azyaşlılar üçün döşəmədə yer salınır.
Məlumata görə, ötən il həmin ünvanda fəaliyyət daha geniş olub - bağça saat 09:00-dan 17:00-dək işləyib, uşaqlara nahar verilib və onlar gün ərzində orada saxlanılıblar. Lakin vətəndaş şikayətindən sonra yemək verilməsi dayandırılıb, iş saatı azaldılıb və aylıq ödəniş 100 manatdan 50 manata endirilib.
İddialara görə, hazırda mərkəzin bədii rəhbəri Gülnar Abbasova direktor səlahiyyətlərini icra etdiyi dövrdə bu fəaliyyət həyata keçirilir.
Mədəniyyət Nazirliyindən Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində hazırda "İlkin tibbi yardım" və "Rəqs" kursları fəaliyyət göstərir.
"Bundan əlavə, "Eliza School" tədris mərkəzi ilə bağlanmış müqaviləyə əsasən Mərkəzdə "Erkən inkişaf" kursu da təşkil olunub. Kursun məqsədi uşaqların şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək, onların özünü tanıma, müstəqil qərarvermə, özünüidarəetmə və sosial bacarıqlarını inkişaf etdirməkdir. Tədris prosesində nitq inkişafı üzrə məşğələlər, Montessori proqramı və məntiqi oyunlar tətbiq olunur", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Qızıldaş qəsəbəsində dövlət uşaq bağçasının olmaması valideynləri çıxılmaz vəziyyətdə qoyur. Məhz bu səbəbdən sakinlər alternativ olmadığı üçün övladlarını sözügedən mərkəzə verməyə məcbur qalırlar.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 629 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr