"ABŞ-ın vitse-prezidentinin ölkəmizə səfəri Azərbaycan-ABŞ arasındakı dostluq münasibətlərinin möhkəmlənməsindən xəbər verir" - DEPUTAT
"Azərbaycanın ABŞ ilə strateji tərəfdaş olması böyük siyasi və beynəlxalq əhəmiyyət daşıyır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəmizə rəsmi səfəri Azərbaycan-ABŞ arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsindən xəbər verir:
"ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəmizə rəsmi səfəri zamanı Cənab prezident İlham Əliyevlə birgə mətbuata verdiyi bəyanat Azərbaycan-ABŞ münasibətlərində tamamilə yeni, strateji və tarixi mərhələnin başlandığını xəbər verir. Əlbəttə bu da özlüyündə ölkələrimiz arasında təkcə diplomatik hadisə deyil, həm də qlobal geosiyasi reallıqlar fonunda regionun gələcəyini müəyyənləşdirən mühüm siyasi dönüş nöqtəsidir. Cənab prezident İlham Əliyev də çıxışında Tramp-Vens administrasiyasının Azərbaycana göstərdiyi müsbət münasibətə görə minnətdarlıq etdi. Bu minnətdarlıq konkret siyasi nəticələrə əsaslanır. Bilirsiniz ki, altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması barədə sənədin imzalanması bugünkü nailiyyətlərin başlanğıc nöqtəsi oldu. Dünyanın ən qüdrətli və güclü ölkəsi hesab olunan ABŞ ilə strateji tərəfdaş olmaq dövlətimiz böyük siyasi və beynəlxalq əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın artan beynəlxalq nüfuzunun, müstəqil xarici siyasət kursunun və regional lider statusunun təsdiqidir. Əlbəttə ki, ölkəmizin dünyadakı nüfuzunun günbəgün artması cənab prezident İlham Əliyevin illərdir apardığı uğurlu xarici siyasətinin nəticəsidir".
Deputat vurğulayıb ki, Ağ Evdə Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, altı ay ərzində regionda sabitliyin qorunması göstərir ki, bu proses real siyasi iradəyə əsaslanır:
"Azərbaycan artıq sülh şəraitində yaşamağın yeni mərhələsinə qədəm qoymuşdur. Sülh şəraitində yaşamaq təkcə ölkəmiz üçün deyil bütün Cənubi Qafqaz üçün əhəmiyyətlidir. Bundan əlavə bilirsiniz ki, Tramp-Vens administrasiyasının regiona ən mühüm töhfələrindən biri TRIPP - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsidir. Bu layihə Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantını təmin etməklə yanaşı həm də Asiya ilə Avropanı birləşdirən qlobal nəqliyyat arteriyasına çevriləcəkdir. Bu, Orta Dəhlizin funksional genişlənməsi və regionun geoiqtisadi xəritəsinin yenidən formalaşması deməkdir. Azərbaycan-ABŞ arasinda təhlükəsizlik sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Çünki bu əməkdaşlıq müdafiə sənayesi məhsullarının satışı, antiterror əməliyyatları, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində birgə fəaliyyət regionun sabitliyini möhkəmləndirəcəkdir. Bir sözlə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri Azərbaycan-ABŞ münasibətlərinin təkcə regional deyil, qlobal əhəmiyyət kəsb edən əməkdaşlıq modelinə çevrilməsinin sübutudur"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı