"14 Fevral" - Hədiyyə qalmaqalı: bahalı hədiyyə istəyən qadınlar haqlıdır, yoxsa bundan boyun qaçıran kişilər? - AÇIQLAMA
Sevgililər Günü yaxınlaşdıqca hədiyyə mövzusu bir çox münasibətdə gözləntilər və müqayisələrlə yüklənir. Qadınlar kişilərdən bahalı hədiyyələr, güllər tələb edir. Kişilərsə bundan boyun qaçırır. Beləliklə münasibətlərdə problemlər yaranır.
Bəs görəsən haqlı olan kimdir? Sosial medianın bu məsələyə nə dərəcədə təsiri var?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Hədiyyə ürəkdən alınmalıdır. Əgər qarşındakı insan hədiyyəni tələb edirsə, bu artıq hədiyyə anlayışından çıxır. Çünki hədiyyənin dəyəri onun qiymətində yox, niyyətindədir. Tələblə alınan bir şey sevinc yox, sadəcə könül almaq üçün edilən məcburi addım olur.
Unutmayaq ki, hədiyyənin kiçiyi-böyüyü yoxdur. Saf hisslər, sevgi və hörmət varsa, bir çiçək belə ən böyük hədiyyəyə çevrilə bilər. Amma maddiyyat mənəviyyatı üstələyəndə, artıq çiçək kifayət etmir, daha böyük, daha bahalı şeylər gözlənilir. Bu düşüncənin formalaşmasında sosial şəbəkələrin də rolu az deyil. Bloggerlərin paylaşdığı bahalı maşınlar, qızıllar, dəbdəbəli sürprizlər insanlarda müqayisə və narazılıq hissi yaradır. İradəsi zəif olanlar isə bu görüntülərə aldanaraq münasibətlərində də eyni şeyləri tələb etməyə başlayırlar.
Problem isə məhz bundan sonra yaranır. Hər kəsin maddi imkanı eyni deyil. Qarşındakı insanın gücü çatmadığı bir hədiyyəni ondan gözləmək münasibətə sevgi yox, gərginlik gətirir. Halbuki verilən hədiyyə böyük də ola bilər, kiçik də - bu, insanın ürəyindən və imkanından asılıdır.
Hədiyyə heç bir münasibətdə inciklik, küskünlük və ya təzyiq səbəbi olmamalıdır. Çünki onların hamısı dünya malıdır. Əsas olan sevgi, anlayış və hörmətdir. Bu gün sevdiyin insanın bahalı hədiyyə almağa imkanı olmaya bilər, amma onun qəlbindəki sevgi sənə yetərincədirsə, bundan qiymətli nə ola bilər? Sabah maddi imkanı artar, istədiyin hər şeyi alar, amma o sevgi əvvəlki kimi qalacaqmı - əsas sual budur.
Ona görə də münasibətləri hədiyyələrin üzərində yox, duyğuların üzərində qurmaq lazımdır. Hədiyyə tələb olunmamalı, içdən gəldiyi üçün verilməlidir. Maddiyyatın mənəviyyatı üstələdiyi yerdə isə artıq dəyərdən danışmaq çətindir.
Sosial şəbəkələrdə gördüyümüz parıltılı görüntülərə aldanıb, real münasibətlərimizə kölgə salmayaq. Çünki həqiqi sevgi qiymət etiketi ilə ölçülmür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 770 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr