Ramiz Mehdiyevin Rusiyaya zəng edərək danışdığı qadının kimliyi məlum oldu
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var.
Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda "dövlət idarəetmə sistemində dəyişiklik"lə bağlı - faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir.
Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.
APA-nın əldə etdiyi məlumata görə, bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25-26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.
Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları RAN-da "məsləhətçi" və ya "ekspert" kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə "ekspert"lərdən biridir.
Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.
Dövlət Təhlükəsizliyi Xidməti bu gün Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 843 Tarix: 12 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrSükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad
1 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr