71 yaşlı kişiyə bəraət verildi - 41 illik dostu şikayətçi idi

71 yaşlı kişiyə bəraət verildi - 41 illik dostu şikayətçi idi41 illik dostunun şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilən 71 yaşlı Nazim Xudaverdiyevin günahsız olduğu təsdiqlənib.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib.

Məhkəmə prosesində əvvəlcə ahıl müttəhimin vəkili Esmira Tağıyeva müdafiə çıxışı edib.

Vəkil bildirib ki, müvəkkili heç bir əsaslı sübut olmadan dələduzluq və rəsmi sənədləri saxtalaşdırma kimi ağır cinayətlərdə təqsirləndirilir.

Esmira Tağıyeva müdafiəsini Nazim Xudaverdiyevə qarşı dəfələrlə cinayət işinin başlanmasından imtina edilməsi, qarşı tərəfin müxtəlif vaxtlarda ziddiyyətli ifadələr verməsi və digər faktlarla əsaslandırıb.

Vəkil bütün bu əsaların nəzərə alınaraq müvəkkilinə bəraət verilməsini istəyib. Təqsirləndirilən şəxs də son sözündə ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş edib. Mahirə Kərimovanın sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin arqumentlərini əsaslı hesab edib.

Hökmə əsasən Nazim Xudaverdiyevə bəraət verilib. Həmçinin gələcəkdə təzminat tələb etmək hüququ izah edilib.

Qeyd edək ki, N.Xudaverdiyev həbsdə deyildi. Onun barəsində "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmişdi. Bu cinayət işinin təfərrüatları barədə daha əvvəl "Heç bir təqsirim olmaya-olmaya bu yaşımda mühakimə edilirəm" başlıqlı yazımızda geniş məlumat vermişdik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 854   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qarabağ"- "CSKA SOFIA" oyunundan əvvəl fan zona təşkil olunacaq

Avropa Liqasının ikinci təsnifat oyununda "Qarabağ" "CSKA SOFIA" ilə qarşılaşacaq. Qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 23 iyul 18:00-dan başlayacaq

22 iyul
.

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların

21 iyul
.

"Lazeroloq üzümü yandırıb..." - Foto

"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze

22 iyul
.

Meyvə bağındakı hovuzda boğulub öldü

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gənci

23 iyul
.

Ad günü məclisi dava ilə bitdi: Sərxoş olub bacısını döyən şəxs cəzalandırıldı

Ad günü münasibətilə spirtli içki qəbul etdikdən sonra bacısını döyərək ona yüngül xəsarət yetirən şəxs barəsində məhkəmə hökmü çıxarılıb. Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısının baş nahiyəsinə təpikl

23 iyul
.

Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: "63 yaş nədir ki..."

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı Yaqub vəfatı edib. Əməkdar artist qardaşı Yaqubun vəfatı ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Xanəndə bildirib ki, qardaşı bir müddət əvvəl infarkt keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:. "Getdi

22 iyul
.

Sabah 39° isti olacaq

İyulun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25 isti, gündüz 33-38 isti olacaq. Atmosfer təzyiqi normada

23 iyul
.

Son illər ən çox rast gəlinən psixoloji problemlər hansılardır? - AÇIQLAMA

Son illərdə insanlar psixoloji sağlamlıq haqqında əvvəlkindən daha çox danışsalar da, bir çox problemlər hələ də ya yanlış adlandırılır, ya da ümumiyyətlə fərq edilmir. Bəzən aylarla davam edən narahatlıq, emosional yorğunluq və ya münasibətlərdə təkrarlanan çətinliklər "xasiyyət", "yorğunluq"

23 iyul
.

Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi

20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) hansı şərtlərlə ev dustaqlığına buraxılması məlum olub. "Qafqazinfo"nun məlumatına görə, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin

22 iyul