Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir

Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilirAzərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə hansı şərtlərlə pensiya hüququna malik olmaları öz əksini tapıb.

Sonxeber.az trend-ə istinadən xəbər verir ki, bir qrup hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər.

Belə ki, aşağıdakılar xidmət illərinə görə pensiya hüququna malikdirlər:

xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər;

xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmət keçmiş şəxslər;

hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Xidmət illərinə görə pensiyalar aşağıdakı məbləğlərdə təyin olunur:

20 il və daha çox xidmət etmiş hərbi qulluqçulara 20 il xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılaraq hərbi xidmətdən buraxılanlara isə 55 faizi; 20 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi;

xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 55 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 1 faizi;

hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il iş stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi.

Yuxarıda göstərilən qaydada hesablanan pensiyaların maksimum məbləği pensiyanın müəyyən olunması üçün əsas götürülən təminat xərcliyindən artıq ola bilməz.

20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etməyə görə pensiyanın minimum məbləği Azərbaycan qanunvericiliyi ilə müəyyən edilən minimum əmək haqqının 150 faizi məbləğində təyin edilir.

Xidmət illərinə görə hərbi qulluqçuların pensiyaları (o cümlədən minimum məbləğdə hesablanmış pensiyalar) üzərinə aşağıdakı əlavələr hesablanır:

öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara ailənin əmək qabiliyyəti olmayan hər bir üzvü üçün "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi həcmində (bu halda əlavə yalnız ailənin əmək pensiyası və ya sosial pensiya almayan üzvləri üçün hesablanır); ailənin əmək qabiliyyəti olmayan üzvünün eyni zamanda həm sosial pensiya almaq, həm də xidmət illərinə görə pensiyaya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;

75 yaşına çatmış tənha pensiyaçılara onlara qulluq üçün yaşa görə minimum pensiyanın 50 faizi məbləğində;

müharibə əlillərinə və iştirakçılarına:

- I qrup əlillərə yaşa görə minimum pensiyanın 300 faizi məbləğində,

- II qrup əlillərə yaşa görə minimum pensiyanın 250 faizi məbləğində,

- III qrup əlillərə yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; (yuxarıda nəzərdə tutulmuş üç əlavə növü eyni vaxtda hesablana bilər)

döyüşən ordunun tərkibində, partizan dəstələrində xidmət etmiş, beynəlmiləlçilik borcunun yerinə yetirilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular sırasından olan müharibə iştirakçılarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində.

"Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3241   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr