Psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır? - AÇIQLAMA

Psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır? - AÇIQLAMACəmiyyətdə hələ də psixoloqa müraciət etməyi yalnız "çox ağır problem"lərlə əlaqələndirən yanaşma var. Halbuki psixoloji dəstək almaq üçün mütləq böhran nöqtəsinə çatmağı gözləmək lazım deyil.

Bəs görəsən psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Əgər uzun müddətdir davam edən daxili narahatlıq, səbəbsiz həyəcan, gərginlik və ya ümidsizlik hissi yaşayırıqsa, bu artıq keçici emosional hal deyil. Xüsusilə bu vəziyyət iki-üç həftədən çox davam edirsə və gündəlik həyat keyfiyyətini aşağı salırsa, bu, diqqətə alınmalıdır. Əvvəllər zövq aldığınız fəaliyyətlərə qarşı marağın itməsi, enerjisizlik, səhər oyanmaqda çətinlik, motivasiya azalması da mühüm siqnallardandır. Bu, depressiv prosesin başlanğıcı ola bilər.

Yuxu və iştah pozuntuları - ya həddindən artıq yatmaq, ya da yuxusuzluq; ya iştahanın kəskin azalması, ya da emosional yemək - psixoloji gərginliyin bədən üzərindən ifadəsidir.

Travmatik hadisə yaşamısınızsa və aradan zaman keçməsinə baxmayaraq hadisə tez-tez zehninizdə canlanırsa, kabuslar, ani qorxu reaksiyaları varsa, mütləq mütəxəssis dəstəyi tövsiyə olunur.

Özünüzlə bağlı dəyərsizlik düşüncələri, "mən bacarmıram", "mən kifayət deyiləm" kimi davamlı mənfi daxili dialoq da psixoloji müdaxilə tələb edə bilər.

Ən önəmlisi isə budur - əgər artıq təkbaşına öhdəsindən gələ bilmədiyinizi hiss edirsinizsə, bu, psixoloqa müraciət üçün kifayət qədər əsasdır. Psixoloqa getmək zəiflik deyil, əksinə, insanın öz psixi sağlamlığına məsuliyyətlə yanaşmasının göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 556   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə

10 sentyabr
.

Yaxın günlərdə Coşqunun toyu olacaqmış...

Dünən "Şəki yaylası"nda istirahət-əyləncə mərkəzindəki faciəvi hadisədə həlak olan 31 yaşlı Coşqun Məmmədov Vətən müharibəsi iştirakçısı imiş. "Qafqazinfo" xəbər verir ki, "zipline" xəttində baş vermiş hadisədə həyatını itirən gəncin yaxınları sosial şəbəkədə onun nişanl

9 sentyabr
.

Təhsildə süni intellektdən istifadə şagirdlərə necə təsir edəcək? - AÇIQLAMA

Süni intellekt təhsil prosesində həm şagirdlər, həm də müəllimlər üçün yeni imkanlar yaradır. Azərbaycanda da süni intellekt əsaslı adaptiv öyrənmə sistemlərinin tətbiqi ilə şagirdlərə fərdiləşdirilmiş tədris imkanlarının yaradılması nəzərdə tutulur. Bəs, süni intellekt şagirdlərin və müəllimlərin tədri

10 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati

10 sentyabr
.

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca

10 sentyabr
.

Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

9 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır

"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd

9 sentyabr