Hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür? - AÇIQLAMA

Hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür? - AÇIQLAMACəmiyyətdə geniş yayılmış düşüncələrdən biri budur ki, hüquqi problem yaranan kimi yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Halbuki Azərbaycan qanunvericiliyi bir çox hallarda mübahisələrin məhkəməyə getmədən, daha sürətli və daha az xərcli üsullarla həllini mümkün hesab edir.

Bəs görəsən hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Hər mübahisə avtomatik olaraq məhkəmə predmetinə çevrilməməlidir. Bir çox hallarda qanun alternativ mexanizmlər təqdim edir və tərəflər bu imkanlardan istifadə edə bilərlər.

İlk növbədə, mülki hüquq münasibətlərində tərəflər qarşılıqlı razılaşma yolu ilə problemi həll edə bilərlər. Borc, icarə, xidmət haqqı, əmlak bölgüsü kimi məsələlər yazılı sazişlə tənzimlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi tərəflərin sərbəst iradə ifadəsinə əsaslanan razılaşmalarını hüquqi baxımdan etibarlı hesab edir.

Müqavilə münasibətlərində geniş tətbiq olunan mexanizmlərdən biri də pretensiya - yəni rəsmi yazılı tələb qaydasıdır. Qarşı tərəfə qanuni əsaslarla göndərilən rəsmi tələb bir çox hallarda mübahisəni məhkəməyə daşımadan həll etməyə imkan verir. Bəzi hallarda isə bu mərhələ məhkəməyə müraciətdən əvvəl zəruri prosedur hesab olunur.

Alternativ həll yollarından biri mediasiyadır. Azərbaycan qanunvericiliyinə əsasən, bir sıra mülki, ailə və kommersiya mübahisələri mediasiya yolu ilə həll edilə bilər. Tərəflər neytral mediatorun iştirakı ilə razılığa gələrsə, əldə olunan saziş hüquqi qüvvəyə malik olur və icra sənədi kimi tanına bilər. Bu üsul həm vaxt, həm də xərc baxımından daha effektiv hesab olunur.

Əmək münasibətlərində də bütün məsələlər dərhal məhkəməyə daşınmır. İşçi əvvəlcə işəgötürənə rəsmi müraciət edə, müəssisədaxili araşdırma tələb edə və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlaya bilər. Çox zaman məsələ bu mərhələdə həll olunur.

Ailə münasibətlərində, xüsusilə alimentin könüllü ödənilməsi, uşaqlarla ünsiyyət qaydası və əmlak bölgüsü tərəflərin notarial qaydada təsdiqlənmiş razılaşması ilə tənzimlənə bilər. Bu halda məhkəmə qərarına ehtiyac qalmır.

Bundan əlavə, inzibati xarakterli bir çox məsələlər üzrə vətəndaşlar əvvəlcə aidiyyəti dövlət orqanına və ya yuxarı instansiyaya inzibati qaydada şikayət verə bilərlər. Yalnız bu mexanizm nəticə vermədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır.

Məhkəmə hüquqların müdafiəsinin əsas vasitələrindən biridir, lakin yeganə yol deyil. Qanun alternativ mexanizmlər təqdim edir və düzgün hüquqi yanaşma seçildikdə bir çox mübahisəni məhkəməyə getmədən, daha sivil və operativ şəkildə həll etmək mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 797   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr