Vaşinqtondakı təxribat ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasıdır: Dövlət Mühafizə Xidməti öz işini icra edib - VİDEO

Vaşinqtondakı təxribat ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasıdır: Dövlət Mühafizə Xidməti öz işini icra edib - VİDEOXəbər verdiyimiz kimi 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən "Waldorf Astoria" mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib. Belə ki,

Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edərək Prezidentin avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup, həmçinin Azərbaycan rəhbərliyinə qarşı nalayiq ifadələr işlədib.

Dövlət başçısının mühafizə olunan nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Prezidentin Təhlükəsizlik Xidmətinin dərhal müdaxilə etməkdən başqa seçimi qalmayıb. Təhlükəsizlik tədbirləri, standart əməliyyat prosedurlarına uyğun olaraq, yalnız təhlükəsizlik və mühafizənin təmin olunmasına yönəlib.

Bundan əlavə, ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə aid olub.

Hazırda bəzi həm Qərb, həm də müxtəlif rusdilli media qurumları tərəfindən Azərbaycan Prezidentinin mühafizə əməkdaşları ilə təxribatçı əhvali-ruhiyyəli bir qrup şəxs arasında baş vermiş insidentin əks olunduğu video təhrif olunmuş formada geniş şəkildə tirajlanır.

Hadisə ilə bağlı yayılan videoda açıq-aşkar görünür ki,özlərini "etirazçı" adlandıran şəxslər polis tərəfindən ərazini tərk etmələri tələb olunduğu halda, qəsdən təxribata əl atırlar.Ən önəmlisi isə etirazçılardan biri qəfil hərəkətlə mühafizəçilərin üzərinə doğru atılaraq sanki onları yarmağa cəhd edir. Əlbəttə bu da dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi.

Dövlət Mühafizə Xidmətinin əməkdaşları operativ və peşəkarcasına səlahiyyətləri çərçivəsində hərəkət edərək birbaşa vəzifə borclarını yerinə yetirərək Azərbaycan Respublikasının Prezidentin təhlükəsizliyini təmin ediblər.

Yayılan videoda açıq şəkildə göstərir ki, hadisələrin inkişafı dərhal reaksiya tələb edirdi. Təxribatçıların davranışları ABŞ hüquq-mühafizə orqanları tərəfindən də reaksiya ilə qarşılanıb. Lakin adi polis əməkdaşı ilə xüsusi təlim keçmiş peşəkar mühafizəçilərin reaksiya sürəti fərqlidir. Əgər etirazçılar polisin ictimai qaydanı pozmamaq və aksiyanı dayandırmaq çağırışına adekvat cavab versəydilər, mühafizəçilər mövqelərində qalardılar. Lakin müqavimət göstərildi.

Videoda görüldüyü kimi baş verənlər əvvəlcədən planlaşdırılıb. Baş verənlərin sonradan təhrif olunmuş formada mediada yayılması ölkəmizə qarşı növbəti təxribatın olduğunu sübut edir. Yaxından təhlil etdikdə isə, məsələn, BBC tərəfindən Azərbaycan Prezidentinin dövlət mühafizəsinə qarşı irəli sürülən ittihamların sübut bazasının olmadığı üzə çıxır. Çünki dövlət başçısının mühafizəçiləri belə hallarda nəzərdə tutulan hüquqi və peşəkar fəaliyyət alqoritminə uyğun şəkildə hərəkət ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 752   Tarix: 21 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr