Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi

Samirə Yusifqızı Mətanət Əsədovanı məhkəməyə verdi"Bu hadisə başıma gələndən sonra bildim ki, incəsənət sahəsində mənim dostum yoxdur. Onsuz da barmaqla sayılacaq qədər var idi, indi demək olar ki, o da yoxdur. Çox adamlar üçün danışmışam, çox adamlara görə üz-göz olmuşam. Amma bir adam çıxıb məni müdafiə etmədi, tərəfimdə dayanmadı. Düzdür, bir-iki nəfər danışdı, yazdı, amma onunla nə olacaqdı ki?"

Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni, meyxanaçı Samirə Yusifqızı deyib.

O, daha sonra əlavə edib:

"Mətanət Əsədovanı məhkəməyə vermişik. Şəxsən qızım Fərəh verib. Nəvəm stres yaşayır, utandığından məktəbə getmir. Məktəbə gedən kimi danışırlar ki, anan üçün belə deyirlər, elə deyirlər. Mənim nəvəmi stresə salıb. Qızım övlad böyüdür. Anadır. Mətanət, sən mənim nəvəmə, qızıma travma yaşatmısan, bunu sənə keçmirik! Qızım bölməyə müraciət edib. Necə lazımdırsa, ölçü götürüləcək. Bizə heç təzminat da lazım deyil, istəmirik də. Sadəcə çıxıb efirdə etiraf etməli və deməlidir ki, səhv etmişəm".

Müğənni bildirib ki, bundan sonra efirlərə çıxmaq niyyətində deyil:

"Bunlara bir hay lazım idi. Mən heç belə bilməzdim. Samirə Yusifqızının sənətdə bu illər ərzində gördüyü işlər, etdiyi yaxşılıqlar, "Qızıl Fond"da olan ifaları nə tez yaddan çıxdı?! Övladımın məclisdə 3-4 nəfərə dediyi sözü ictimailləşdirdilər. İndi də deyirlər ki, sizi efirlərə qoymayacağıq. Heç lazım da deyil. Çağırsanız da gəlməyəcəyik. Bu saat bütün efirlərə nifrət edirəm".

Qeyd edək ki, Mətanət Əsədova "Tarixin bir günü" verilişində müğənni Fərəhi sərt tənqid edib və onu tərbiyəsiz adlandırıb.

Xatırladaq ki, müğənni Fərəh Samirəqızı ötən həftə saxlanılıb. Buna səbəb onun sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətməsi olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 883   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın

4 oktyabr
.

"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO

Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram

3 oktyabr
.

Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: "Bunu ona yaraşdırmadım"

"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min mana

5 oktyabr
.

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)

Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status

11 oktyabr
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16 oktyabr
.

"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB

Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya

24 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr