"Xocalı soyqırımı tək azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - DEPUTAT

"Xocalı soyqırımı tək azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - DEPUTATXocalıda törədilən vəhşiliklər iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl idi. Beləliklə Xocalıda törədilən vəhşiliklər nəticəsində 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb:

27 ailənin yalnız 1 üzvü qalıb
- 25 uşaq hər iki valideynini itirib
- 130 uşaq valideynlərindən birini itirib
- 230 ailə öz başçısını itirib
- 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır)
- 1275 insan əsir götürülüb
- 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub
- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı (genosidi) günü haqqında" qərar qəbul etdi.

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstanın, Bolqarıstan) qanunverici orqanı, həmçinin ABŞ-ın 24 ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

"Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir;

Justice for Khojaly informasiya portalı Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.

"Xocalıya ədalət" kampaniyasının strateji məqsədləri:

Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi;
Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi;
Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması;
Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması;
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmaması.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "dəmir yumruq" qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması.

2025-ci il fevralın 25-də Prezident İlham Əliyev "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılan Xocalı Soyqırımı Memorial Kompleksi müxtəlif bölmələrdən ibarət olacaq. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciə, həmçinin Xocalının tarixi, coğrafi əhəmiyyəti, dinc əhaliyə qarşı törədilmiş faciədən əvvəl Xocalıdakı həyat barədə faktlar yer alacaq. Memorialda Xocalının coğrafi mövqeyini təsvir etmək məqsədilə rayonun maketi də yer alacaq.Ziyarətçilər memorialda soyqırımı qurbanlarının və şahidlərinin hekayələri, xocalılıların düşmənə qarşı mərdliyi ilə tanış ola biləcəklər. Bu hekayələr Xocalı soyqırımının miqyasını, faciə qurbanlarının iztirablarını hər bir kəsə ötürərək, Azərbaycan tarixinin ən dəhşətli səhifəsi barədə məlumatları çatdıracaq.Memorialda, həmçinin faciə ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində görülən tədbirlər barədə məlumatlar yer alacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 671   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)

Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla

22 iyul
.

Eldar Əzizov Şərqi Avropa haqqında

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov " saytının kollektivi ilə görüş keçirib. Görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətlər

23 iyul
.

Tofiq Mirzəyev vəfat etdi

Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, O, "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq"

22 iyul
.

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq

"Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər zaman hansısa xarici dövlətin

22 iyul
.

İyulun pensiya ödənişi yekunlaşdı

Respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə iyul ayının pensiyaları, habelə güzəştli şərtlərlə təyi

23 iyul
.

"Media Kuboku-2026" minifutbol turniri başa çatıb

Azərbaycan Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında minifutbol turniri təşkil olunub. Turnir "Avrora Qrup"un baş sponsorluğu, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilib. İki gün davam edən yarışda paytaxt və regionlard

22 iyul
.

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların

21 iyul
.

Arzumun azadlıqda ilk - Görüntüləri

Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye

22 iyul
.

Bu ərazilərdə qaz olmayacaq

Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində həmçinin Biləsuvar rayonunun əksər kəndlərində qaz olmayacaq. xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin

23 iyul