Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilər

Hər gün işə gecikənlərin nəzərinə - Maaşınızın yarısı tutula bilərAzərbaycan qanunvericiliyində işçinin işə gecikməsi zamanı görülüən intizam tədbirləri öz əksini tapıb.

Trend-in məlumatına görə, işə gecikmək qanunvericilikdə əmək və icra intizamının pozulması kimi təsbit edilib.

Belə ki, əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri kollektiv müqaviləyə daxil edilir.

Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafayev məsələ ilə bağlı Trend-ə açıqlamasında deyib ki, gecikmə işəgötürənlə işçi arasında olan müvafiq qaydaların pozuntusu deməkdir. İşəgötürən işçinin gecikməsini əsaslandıraraq müəyyən tənbeh növlərindən istifadə edə bilər:

"Bu, xəbərdarlıq, əmək haqqından tutulmalar, hətta işdən xaric edilmə də ola bilər. İşçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün işdən çıxarıla da bilər. Əslində gecikməyə görə işdənçıxarma bu, bir neçə dəfə təkrarlandığı halda, mümkün olur. Əgər işçi gecikərək istehsalatın gedişatına təsir göstərirsə, iş fəaliyyətinin ahəngini pozursa, işəgötürən ciddi ziyanlarla üzləşirsə, bu əsaslara birinci dəfədən də işdən çıxarıla bilər".

R.Mustafayev bildirib ki, mövcud qanunvericilikdə işçinin konkret olaraq neçə dəfə işə gecikdiyi halda, işdən çıxaralacağına dair müddəa yoxdur:

"Qayda ondan ibarətdir ki, işçinin bir neçə dəfə gecikməsi işəgötürənin işinə ziyan vurur. Bu hal bir dəfə gecikmə ilə də baş verə bilər. Və ya 2-3 dəfə baş verdikdən sonra da işəgötürən hesab edər ki, bu, qəsdən, dəfələrlə, təkrarən törədilir, işin gedişatına mənfi təsir göstərir, onunla yolları ayıra bilər. Gecikmə sayı ilə bağlı konkret bir tələb yoxdur".

Vəkil vurğulayıb ki, cərimələrin məbləği müqavilə il tənzimlənən məsələlərdir:

"İşəgötürən əmək müqaviləsində müəyyən şərtləri irəli sürür, işçinin üzərinə müəyyən vəzifələr qoyur. Vəzifələrindən biri də o ola bilər ki, işə gecikdiyi halda, onun əmək haqqının müəyyən hissəsində - 5, 10, 25, 50 faiz, lakin ağlabatan məbləğdə - cərimə olunacaq. İşçi işə götürüldükdə həmin müqavilənin şərtləri ilə razılaşırsa, imzası ilə təsdiqləyirsə, təbii olaraq gecikdiyi, müqavilədə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə, həmin müqavilədə göstərilən şərtlərə uyğun olaraq cəzalandırıla bilər".

Hüquqşünasın sözlərinə görə, vətəndaşın işə gecikməsinə səbəb olan faktorlar nəzərə alına bilər:

"Hamımız nəqliyyat vasitələrindən istifadə edirik, tıxaca da düşə bilərik, qəza ola, yol bağlana bilər, hava şəraiti ilə əlaqədar və s. səbəbdən işə gecikə bilərik. İşəgötürən təbii olaraq bu halları nəzərə ala bilər. Lakin bu onun vəzifəsi deyil, nəzərə almaya da bilər. Əgər işçi məsuliyyətlidirsə, bu hal 1-2 dəfə təkrarlana bilər. Yox, əgər 4-5 dəfə, tez-tez təkrarlanırsa, bu, artıq məsuliyyətsizliyin göstəricisidir. İşəgötürən, əlbəttə ki, o işçi ilə haqlı olaraq yolları ayırmaq istəyəcək".

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

Əmək Məcəlləsinə əssən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Bu əsasla ("ç" bəndi) əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

İşçi Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.

İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

* töhmət vermək;
* sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
* kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
* əmək müqaviləsinə "ç" bəndi ilə xitam vermək.

İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

İşə gecikmə ilə bağlı tədbirlər daha çox müqavilə və iş saatları ilə tənzimlənir. Müəyyən kateqoriya insanlar var ki, onlar daha az iş vaxtına cəlb olunma hüquqları var. Himayəsində azyaşlı olan qadınlar, analıq məzuniyyətində olmayıb işə çıxan hamiləlik dövründə olan qadınlar və s şəxslər qısaldılmış iş rejiminə uyğunlaşdırılırlar. Bu, rəhbərliklə razılıq əsasında həyata keçirilən prosesdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 972   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr