"Kimsə reytinq qazanıb, yüksək məbləğdə pul qazanacaqsa, buna xalq nə etməlidir?" - AÇIQLAMA

"Kimsə reytinq qazanıb, yüksək məbləğdə pul qazanacaqsa, buna xalq nə etməlidir?" - AÇIQLAMASon illər televiziya və onlayn platformalarda yayımlanan bəzi proqramlar cəmiyyətdə ciddi narazılıq doğurur. Tamaşaçıların bir qismi efirə çıxan aparıcıların peşəkar hazırlıq səviyyəsini, dil və üslub problemlərini, eləcə də etik çərçivələrin pozulmasını tənqid edir.

Xüsusilə reytinq naminə qalmaqallı mövzuların qabardılması, şəxsi həyatın ifşası və bayağı ifadələrin normallaşdırılması ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Media məkanında müşahidə olunan bu tendensiyaların sosial kökləri və mümkün nəticələri ilə bağlı suallar isə açıq qalır: Bu, təkcə fərdi məsuliyyətsizlikdirmi, yoxsa daha geniş struktur problemlərin göstəricisidir?

Mövzu ilə bağlı sosioloq Mətanət Məmədova Sonxeber.az -a açıqlama verib:

"Çox təəssüf ki, müasir dövrümüzdə bəzi efirlər yalnız aparıcıların əlindədir. Sanki həmin tv-lərin rəhbəri, verilişlərin rejissoru yoxdur, yalnız aparıcılar var və onlar nə istəyir, edir, nə istəyir, danışır, kimi istəyir, efirə çağırır, onunla necə istəyir, elə də rəftar edirlər.
Sanki bunlara tək bir tapşırıq verilib ki, nə edirsiniz, edin, verilişinizin reytinqini qaldırın, baxış sayı yığın. Həmin aparıcılar da bu tapşırığı əldə rəhbər tutub televiziya kanallarında at oynatmağa başlayıblar. Kimi çağırılan qonağı təhqir edir, kimi qonağın şəxsi həyatını müzakirə mövzusuna çevirir, kimi, öz səviyyəsinə uyğun suallar yağdırır.
Tv-lərə çağırılan qonaqlar da aparıcıların səlahiyyət daxilinə verilib və ya bu işi həyata keçirənlər elə aparıcılar ağıldadırlar. İctimaiyyət qarşısına çılpaq bədənlə çıxanları, bircə dəfə canlı oxuya bilmədiyini milyonlarla tamaşaçı qarşısında etiraf edib fonoqramma ilə insanları təhqir edənləri, studiyada sadəcə əyləşmək mədəniyyətinə məxsus olmayanları, televiziya kanallarında öz ailə məsələlərindən danışanları, dalaşa çıxıb bir-birini təhqir edən, söyüşən qadın və kişiləri haradan tapıb televiziyalara gətirirlər, anlamaq çətindir. Efirdə bütün bunların nümayişi reytinqdirsə, Allah kəssin bu verilişləri də, bunların qazandığı reytinqi də. Kimsə reytinq qazanıb, yüksək məbləğdə pul qazanacaqsa, buna xalq nə etməlidir? Bu verilişlərə baxmalıdırmı, yarıçılpaq qadınların, hər tərəfi estetik olan bəzi müğənnilərin biədəb hərəkətlərinə ailəsi, azyaşlı övladları ilə birlikdə tamaşa etməlidirmi?..
Elə bu səbəbdəndir ki, minlərlə insan evində Azərbaycan televiziya kanallarının 2-3-dən başqa heç birinə baxmır. Bunu bilirmi həmin tv rəhbərləri və aparıcıları? Onlara baxmağı özlərinə layiq görmürlər. Bu, bilirsiniz nə deməkdir? O deməkdir ki, siz bizim evimizə daxil olmağa layiq deyilsiniz.
Kim bu aparıcılara haqq verir ki, istədiklərini geyinir, danışır, insanlara yuxarıdan aşağı baxır, onların şəxsi həyatına müdaxilə edir, efirdə qalmaqal yaradır, küçə söhbətlərini orayadək gətirməyi bacarır?
Bu televiziyalara dəfələrlə xəbərdarlıq edilib. Düşünürəm ki, cəza tədbirləri tətbiq olunmalı, bir neçəsinin fəaliyyəti bir neçə saatlıq deyil, birdəfəlik dayandırılmalıdır ki, o birilərə də dərs olsun. Yoxsa mənəviyyatsızlıq yarışına girən bu tv kanalları getdikcə daha da özlərindən çıxacaq.
Tv-lərə nəzarət gücləndirilməlidir. Audiovizual Şura onlar haqqında yeni cəza qaydaları tətbiq etməlidir. Çünki tv-lər artıq köhnə qaydalarla işləmir. Dəyişənlər o qədərdir ki, buna qarşılıq olaraq qaydalar da dəyişməli, yenilənməli, sərtləşdirilməlidir. Əks təqdirdə bundan da dəhşətli halların şahidi olacağıq"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 733   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr