Pulsuz hüquqi yardım mexanizmləri hansılardır və kimlər bundan yararlana bilər? - AÇIQLAMA

Pulsuz hüquqi yardım mexanizmləri hansılardır və kimlər bundan yararlana bilər? - AÇIQLAMAAzərbaycanda bir çox vətəndaş hüquqlarının pozulması ilə üzləşsə də, maddi imkanların məhdudluğu səbəbindən hüquqi müdafiə mexanizmlərindən istifadə etməkdə çətinlik çəkir.

Halbuki qanunvericilik müəyyən hallarda dövlət hesabına hüquqi yardım göstərilməsini nəzərdə tutur.

Bəs pulsuz hüquqi yardım hansı mexanizmlər əsasında həyata keçirilir və kimlər bu imkandan yararlana bilər?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pulsuz hüquqi yardım bir neçə formada təqdim olunur. İlk növbədə, cinayət prosesi çərçivəsində müdafiə hüququ konstitusion təminata malikdir. Azərbaycan Respublikası Konstitusiyasına və Cinayət-Prosessual Məcəlləyə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin vəkil tutmaq imkanı yoxdursa və ya maddi imkanı buna yol vermirsə, dövlət hesabına vəkil təyin edilir. Bu vəkillər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vasitəsilə cəlb olunur və onların xidmət haqqı dövlət büdcəsindən ödənilir. Xüsusilə azyaşlılar, fiziki və ya psixi qüsurları olan şəxslər üçün müdafiəçinin iştirakı məcburidir.

İnzibati xəta və ya bəzi mülki işlər üzrə isə birbaşa "dövlət vəkili" anlayışı hər zaman tətbiq olunmur. Lakin aztəminatlı şəxslər müəyyən hallarda məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad edilə və ya ödənişin təxirə salınmasını xahiş edə bilərlər. Bu məsələ Mülki Prosessual Məcəllə ilə tənzimlənir və şəxsin maddi vəziyyəti məhkəmə tərəfindən qiymətləndirilir.

Bundan əlavə, "Hüquqi yardım haqqında" qanuna əsasən, bəzi dövlət qurumları və vəkillər tərəfindən ilkin hüquqi məsləhətlərin pulsuz verilməsi mümkündür. Eyni zamanda, müxtəlif icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən vətəndaş qəbulları zamanı hüquqi izah və istiqamətləndirmə təqdim olunur.

Məişət zorakılığı qurbanları, insan alverindən zərər çəkmiş şəxslər və bəzi sosial həssas qruplar üçün xüsusi müdafiə və hüquqi dəstək mexanizmləri də mövcuddur və bu hallarda hüquqi yardım prioritet qaydada təmin edilir.

Beləliklə, pulsuz hüquqi yardım əsasən cinayət işləri üzrə müdafiə hüququnun təmin edilməsi, aztəminatlı şəxslərin məhkəmə xərclərindən azad olunması və ilkin hüquqi məsləhətlərin göstərilməsi formasında həyata keçirilir. Vətəndaşın bu hüquqdan yararlanması üçün onun maddi vəziyyəti və işin xarakteri hüquqi qiymətləndirmə predmetinə çevrilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 788   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr