Avropa İttifaqının nazirləri Bakıya gəlirlər
Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçiriləcək.
Oxu.Az xəbər verir ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) da daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə qurumu və təşkilatı, eləcə də 49 enerji şirkəti iştirak edəcək.
Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edəcəklər.
İlk sessiyadan sonra görüş Nazirlər Sessiyası, Cənub Qaz Dəhlizi Sessiyası: Uğurun Davamlılığı və Cənub Qaz Dəhlizi və yaşıl enerji layihələrinin inkişafının növbəti mərhələsinin irəlilədilməsi ilə davam edəcək.
Məşvərət Şurası çərçivəsində Aİ-Azərbaycan Yaşıl Bağlantı İnvestisiya Dəyirmi Masası keçiriləcək. Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşünün nəticələri ilə bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər Görüşü 2015-ci ilin fevral ayından bəri keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 856 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan-Kamboca əməkdaşlığında yeni iqtisadi imkanlar
2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir. Rəsmi səfər çərçivəsində keçirilə
13 oktyabrPrezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
14 oktyabrEmoməli Rəhmon Azərbaycana yola düşüb
2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət
14 oktyabrAzərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları
Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi
13 oktyabr