Bu il məktəblərdə tədris olunacaq fənlər - SİYAHI

Bu il məktəblərdə tədris olunacaq fənlər - SİYAHIAzərbaycanda bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllülər üzrə təşkil olunacağı məktəblərdə 10-11-ci sinif şagırdlərinin keçəcəyi fənlərin adları açıqlanıb

Sonxeber.az Təhsil Nazirliyindən trend-ə verilən məlumata istinadən bildirir ki, texniki fənlər təmayüllü siniflərdə ümumilikdə 9 fənn- Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri tədris ediləcək. Tədris rus dilində olan belə siniflərdə isə rus dili ilə yanaşı, Azərbaycan dili də dövlət dili kimi tədris ediləcək. Bunun nəticəsində tədrisi rus dilində olan məktəblərdə şagirdlərə keçiriləcək fənlərin sayı 9 deyil, 10 olacaq.

Riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə şagırdlərə 8 fənn - Azərbaycan dili, xarici dil, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, ədəbiyyat, fiziki tərbiyə, fənclərin çağırışaqədərki hazırlığı fənləri tədris olunacaq. Tədrisi rus dilində olan məktəblərdə isə Azərbaycan dili də dövlət dili kimi tədris edildiyindən bu fənlərin sayı 9 olacaq.

Humanitar fənlər təmayüllü siniflərdə 8 fənn- Azərbaycan dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, təbiət fənləri təmayüllü siniflərdə 10 fənn- Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, biologiya, kimya, ədəbiyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı keçiriləcək. Tədrisi rus dilində olan məktəblərdə rus dilindən əlavə Azərbaycan dili də tədris ediləcəyindən humanitar fənlər təmayüllü siniflərdə 9, təbiət fənləri təmayüllü siniflərdə 11 fənn tədris olunacaq.

Xatırladaq ki, bu ildən tədrisin təmayüllülər üzrə təşkil olunacağı siniflərdə tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.

Nazirlikdən əlavə edilib ki, fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyil-maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla pilot müəssisələrdə təmayül siniflərinin ilkin komplektləşdirilməsini iyun ayının sonunadək başa çatdırılmalıdır.

M.Cabbarovun Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan şəhər təhsil şöbələrinə verdiyi tapşırığa uyğun olaraq, təmayüllər üzrə tədrisi səmərəli təşkil etmək və şagirdlərə keyfiyyətli təhsil verilməsini təmin etmək məqsədilə pilot müəssisələrdə pedaqoji kadr heyətinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görüləcək.

Pilot məktəblərinin təmayül siniflərini bitirmiş şagirdlərin tam orta təhsil haqqında attestatlarına hər təmayül üzrə təsdiq olunmuş tədris planlarındakı fənlərdən aldıqları yekun qiymətlər yazılacaq. Tədris olunmamış fənlərin qarşısında isə "--" (tire) işarəsi qeyd ediləcək.

Xatırladaq ki, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11 siniflərində tədrisin təmayüllər üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət istiqamətləri üzrə) təşkil olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1727   Tarix: 20 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

WUF14 Mexikoda keçiriləcək

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 14-cü Sessiyası (WUF14) Mexikoda keçiriləcək. "Report"un məlumatına görə, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı deyib

17 may
.

Dövlət Komitəsinin sədri: "İşğaldan azad edilmiş ərazilərin yarıdan çoxu "yaşıl zona" olacaq"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yarıdan çoxu "yaşıl zona" olacaq. "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasınd

17 may
.

Abdel Latif: WUF13 çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadınlar Assambleyasının keçirilməsi xüsusi əhəmiyyət kəsb edir, çünki o, şəhər inkişafı sahəsində regional yanaşmaları qlobal yanaşmalarla birləşdirir. Bu barədə "Report"a forum çərçivəsində "Wearable Sustainabl

17 may
.

Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN

Nvidia şirkətinin rəhbəri Jensen Huang yaxın illərdə santexnik, elektrik və qaynaqçı kimi peşələrə böyük tələbat yaranacağını bildirib. -a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sahələrin əsas üstünlüyü ondadır ki, süni intellekt və neyroşəbəkələr hələlik bu peşələri tam əvəz edə bilmir. Eyn

17 may
.

Most Ferdousi: Banqladeşin şəhərsalma sahəsində hələ də müəyyən problemləri var

Banqladeşin şəhərsalma sahəsində əldə etdiyi uğurlarına baxmayaraq, hələ də müəyyən problemləri var. "Report" xəbər verir ki, bunu Banqladeşin İnkişaf və İctimai İşlər Nazirliyinin nümayəndəsi Most Ferdousi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsind

17 may
.

Maaşlarla bağlı VACİB XƏBƏR - Onların maaşı belə VERİLƏCƏK

Publiklərdə işləyənlərin maaşlarının ödənilməsi üçün optimal sistem yaradılacaq. -ın məlumatına görə, dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün yeni və optimal sistemin yaradılması planlaşdırılır. Yeni sistemə əsasən, əməkhaqlarının dövlə

17 may
.

Malayziya on il ərzində bir milyon əlçatan mənzil inşa etməyi planlaşdırır

Malayziya 10 il ərzində 1 milyon əlçatan və ədalətli mənzil inşa etməyi hədəfləyir. "Report" xəbər verir ki, bunu Malayziyanın mənzil və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunu

17 may
.

Zuzana Mrazova: "Mənzil təminatına sosial birliyin və iqtisadi imkanların əsası kimi baxırıq"

Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və ərazi fərqləri daha güclü çoxsəviyyəli idarəetmə, daha yaxşı koordinasiya və proqnozlaşdırıla bilən maliyyələşdirmə tələb edir. "Report" xəbər verir ki, bunu Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova Bakıda Ümumdünya Şəhərsalma Forumunu

17 may
.

Dövlət Komitəsinin sədri: "Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir"

Urbanizasiya problemlərinin həlli üçün real addımların atılması vacibdir. "Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasınd

17 may