Dövlət məmurunun evini görənlər şok olur - VİDEO
Türkiyənin Eskişehir şəhərində Tepebaşı Belediyesi ilə bağlı həyata keçirilən əməliyyat çərçivəsində 60 şübhəli barəsində araşdırma başladılıb, onlardan 23-ü saxlanılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan şəxslər arasında dövlət məmuru da olub. Onun lüks villasının həyətində torpağın altında gizlədilmiş otağın aşkarlanması diqqət çəkib. Həmin ünvandan, həmçinin gömrükdən qanunsuz yollarla gətirildiyi bildirilən 9 ədəd kriptovalyuta "mining" cihazı müsadirə edilib.
Eskişehir Cumhuriyet Başsavcılığı tərəfindən verilən açıqlamada bildirilib ki, istintaq qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə bürosunun koordinasiyası ilə daxil olan şikayət və məlumatlar əsasında başladılıb.
Məlumata görə, araşdırma aşağıdakı ittihamlar üzrə davam etdirilir:
* təkrar formada törədilən xüsusilə külli miqdarda mənimsəmə,
* sənədlərin saxtalaşdırılması,
* Vergi Prosessual Qanununun pozulması,
* cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması,
* vəzifə səlahiyyətlərindən sui-istifadə.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1807 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrTurşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu
29 sentyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabr