İftar süfrəsi üçün reseptlər

İftar süfrəsi üçün reseptlərAxşam.az "İftar menyusu"nu təqdim edir:

Toskana lobya şorbası

Ərzaq:
4 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz)
1 soğan (doğranmış)
2 kök (halqa-halqa doğranmış)
3 diş sarımsaq
2 kərəviz çubuqları (nazik-nazik doğranmış)
1 st. quru qırmızı və ya ağ lobya (bişirilmiş)
1 x.q. tomat (tomat yerinə qırmızı bibər pastası da istifadə edə bilərsiniz)
400 qr. pomidor
Bir dəstə ispanaq , azca qurudulmuş kəklikotu
2 st. ət və ya toyuq bulyonu
2 st. su
4-6 dilim çörək
Zövqə görə duz və qara istiot
Üzərinə səpmək üçün biraz parmezan pendiri

Hazırlanması:

Yağı bir qazanda qızdırın, içərisinə doğranmış soğan və kökləri tökün, vam xodda təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin, soğan və köklər qızarmamalı, sadəcə yumşalmalıdırlar, üzərinə 2 diş sarımsağı doğrayıb tökün, pomidorları soyub, xırda doğrayıb tökün və tomat və doğranmış kərəviz çubuqlarını əlavə edin. Bulyonu və suyu, zövqə görə duzu və qara istiotu əlavə edin. Lobyaların yarısını çəngəllə əzib, şorbanın içinə əlavə edin. Təxminən 30 dəq. ağzıqapalı bişirin. Doğranmış ispanaq və ya pazını, lobyaların geri qalanını və kəklikotunu əlavə edib, ağzıqapalı bişirin. Çörək dilimlərinə bölünmüş sarımsağı sürtün və qızarması üçün sobaya qoyun. Şorbanız hazır olduqdan sonra boşqablara çəkib, üzərinə çörək dilimini qoyub, bir qədər də pendir rəndədən keçirib üzərinə töküb servis edə bilərsiniz.

İftar süfrəsi üçün reseptlərTava kababı

Ərzaqlar:

400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor

Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)

Hazırlanması:

Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

İftar süfrəsi üçün reseptlərŞərbətli badam peçenyesi

Ərzaqlar:

Xəmir üçün:
Otaq temperaturunda yumuşaldılmış 125 qram kərə yağı
1 yumurta
1/2 çay stəkanı duru yağ
4 xörək qaşığı toz şəkər
2,5 stəkan un
5 xörək qaşığı mannı yarması
1 paket vanilin
1 paket qabartma tozu
1/2 çay stəkanı kokos

Şərbət üçün:
2 stəkan şəkər tozu
2,5 stəkan su
2 damcı limon suyu

Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayın. Qazana şəkər tozu və suyu töküb qaynadın. Qatılaşana yaxın limon şirəsi əlavə edin. Sobadan götürüb soyumağa qoyun. Xəmir üçün kərə yağı, yağ və şəkər tozunu əlavə edib çəngəllə qarışdırın. Sonra qarışığın üzərinə yumurta, kokos, qabartma tozu və vanili qoyun. Unu az-az əlavə edib ələ yapışmayan xəmir hazırlayın. Hazırladığınız xəmir qarışığından qoz böyüklüyündə parçalar götürün. Əllərinizlə badam şəklini verin. Yağlanmış soba qabına qoyun. Bıçağın köməyi ilə ortada kəsiklər edin və bir az yastıladın. Əvvəlcədən isidilmiş 180 dərəcə sobaya qoyun. Hərtərəfli qızarana qədər təxminən 30 dəqiqə bişirin. Badamlı desert bişdikdən sonra sobadan çıxarın və 1-2 dəqiqə ilkin istiliyin getməsini gözləyin. Sonra üzərinə soyuq şərbəti tökün. Üzərinə badam əzməsi səpin.

İftar süfrəsi üçün reseptlər


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 692   Tarix: 09 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021