Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!
Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir.
Maraqlıdır, bəs qanunla borc alıb-vermə necə həyata keçirilməlidir?
"Qafqazinfo" xəbər verir ki, Mülki Məcəllənin 739-cu maddəsi borc müqaviləsinin anlayışı və formasını müəyyən edir. Maddədə bildirilib ki, borc müqaviləsinə görə, borcverən pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borcalana verməyi öhdəsinə götürür. Borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Borc məbləği 3 min manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalıdır. Müqavilənin tərəflərindən biri hüquqi şəxs olduqda isə məbləğindən asılı olmayaraq, müqavilə yazılı formada tərtib edilməlidir.
Borcun gəlir əldə etmək məqsədilə verilməsi yalnız kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Başqa sözlə, digər şəxslərin faizlə borc pul verməsi qanunla qadağandır.
Məcəlləyə görə, borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün qaytarılmış hesab olunur.
Həmçinin borcalan borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməyibsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan 1 ay müddətində borcu qaytarmalıdır.
Bundan başqa borcverən aşağıdakı hallarda borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:
- Borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
- Borcun hissə-hissə qaytarılması nəzərdə tutulduqda vaxtı çatmış borcun 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla);
- Borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcla əlaqədar təminat itirildikdə (borcverənin cavabdeh olmadığı hallarla) və yaxud dəyəri azaldığı hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;
- Borc təyinatı üzrə istifadə olunmadıqda və digər hallarda.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb